AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan-Qırğız İnvestisiya Fondu: İqtisadi Tərəfdaşlığın Hərəkətverici Qüvvəsi

Azərbaycan və Qırğızıstan arasında iqtisadi əlaqələrin dərinləşməsində Azərbaycan-Qırğız İnvestisiya Fondu müstəsna rol oynayır. Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində baş tutan dövlət səfəri zamanı bu fondun maliyyə vəsaitinin iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması barədə çox mühüm razılıq əldə olundu. Bu qərar iqtisadi potensialımızın daha da güclənməsinə birbaşa xidmət edir.

Əlbəttə ki, 200 milyon dollarlıq büdcə son hədd deyil. Fondun fəaliyyəti üzrə nümayiş etdirilən təqdimatlar göstərir ki, layihələrin məzmunu getdikcə daha da zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxsaylı birgə layihələr sayəsində yeni istehsal sahələri formalaşır və ölkə iqtisadiyyatına mühüm töhfələr verilir.

Bu layihələrin ən mühüm sosial tərəfi isə yeni iş yerlərinin yaradılmasıdır. Hər iki ölkənin iqtisadi imkanlarının birləşdirilməsi qarşılıqlı fəaliyyətin praktiki nəticələr verməsini təmin edir və xalqlarımızın rifah halının yüksəldilməsinə zəmin yaradır.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button