Gündəmİdman

Messi zirvədə möhkəmləndi

Ulduz futbolçu Lionel Messi MLS-də bombardirlər yarışında liderliyini möhkəmləndirib.

Aktualinfo Media Qrup “Qafqazinfo” – ya istinadən  xəbər verir ki, 39 yaşlı argentinalı ulduz “Neşvill”lə oyunda “İnter Mayami”nin ikinci qolunu vuraraq mövsümdə 19-cu dəfə fərqlənib.

Lakin “Neşvill” əlavə vaxtda hesabı 2:2-yə çatdıraraq “İnter Mayami”ni qələbədən məhrum edib.

“Neşvill” 4-cü dəqiqədə Sem Surricin qolu ilə hesabı açıb. “İnter Mayami” 19-cu dəqiqədə Messinin künc zərbəsindən sonra rəqib müdafiəçi Rid Beyker-Vaytinqin avtoqolu ilə hesabı bərabərləşdirib.

Messi 62-ci dəqiqədə Rodriqo De Paul ilə ötürmə mübadiləsindən sonra təxminən 18 metrdən dəqiq zərbə ilə komandasını önə keçirib. Bu qolla argentinalı futbolçu MLS-də bombardirlər siyahısında liderliyini möhkəmləndirib.

Messi daha iki dəfə fərqlənməyə yaxın olub. Onun zərbələrindən biri dirəyə dəyib, digər epizodda isə “Neşvill” müdafiəçisi topu son anda uzaqlaşdırıb. Lakin əlavə vaxtın ilk dəqiqəsində Surric ikinci qolunu vuraraq oyunun yekun hesabını müəyyənləşdirib.

Bu nəticədən sonra “İnter Mayami” həm Şərq Konfransında liderlik, həm də “Supporters’ Shield” uğrunda mübarizədə “Neşvill”dən 9 xal geri qalır. “Neşvill” isə bu mövsüm “İnter Mayami”yə qarşı keçirdiyi dörd oyunda da məğlub olmayıb.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button