GündəmSosial

Yasamal rayonunda 21 Sentybar-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Ağ göyərçinin izi ilə” adlı rəsm sərgisi keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya birgə təşkilatçılığı ilə 21 Sentybar-Beynəlxalq Sülh Gününə həsr olunmuş Ağ göyərçinin izi iləadlı rəsm sərgisi keçirilib.

 

Sərgidə YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev, Beynəlxalq Qalereyanın direktoru layihərəhbəri Elnurə İsgəndərova, YAP Yasamal rayontəşkilatının Beynəlxalq Qalereyanın əməkdaşları, medianümayəndələri, müxtəlif yaş qruplarından olan rəssamlar rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında baştutuan sərgidə 50 nəfər rəssamın əsərləri təqdim edilib. Sərgidə müxtəlif üslub mövzularda hazırlanmış zənginsənət nümunələri nümayiş olunub.

 

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevçıxış edərək 21 sentyabrBeynəlxalq Sülh Günününbəşəriyyət üçün mühüm siyasi mənəvi əhəmiyyətdaşıdığını qeyd edib. O bildirib ki, sülh yalnızmüharibələrin qarşıdurmaların olmaması deyil, dövlətlər arasında etimadın, qarşılıqlı hörmətin əməkdaşlığın möhkəmləndirilməsi deməkdir. BəxtiyarNəbiyev Azərbaycanın uzun illər ərzində regionda sülhün təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl məqsədyönlü siyasət həyata keçirdiyini vurğulayıb. Sədrqeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandancənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazibütövlüyünün suverenliyinin bərpa olunması CənubiQafqazda yeni siyasi reallıq yaradıb. O bildirib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Ermənistanarasında sülh sazişinin razılaşdırılmış mətnininparaflanması regionda davamlı sülhün təmin edilməsiistiqamətində mühüm tarixi addım olub. Bəxtiyar Nəbiyevvurğulayıb ki, Azərbaycan əldə etdiyi Zəfərdən sonra dasülh gündəliyinə sadiqliyini nümayiş etdirərək CənubiQafqazda sabitliyin, əməkdaşlığın qarşılıqlı etimadınmöhkəmləndirilməsinə mühüm töhfələr verir. O qeyd edibki, Vaşinqtonda əldə olunan razılaşmalar regiondakommunikasiyaların açılması, iqtisadi əlaqələringenişlənməsi xalqlar arasında yeni əməkdaşlıqmühitinin formalaşması üçün mühüm imkanlar yaradıb. Sədr göyərçinin izi iləadlı rəsm sərgisinin məhzbelə bir mühüm siyasi ictimai reallıq fonunda sülhideyalarının təbliği baxımından xüsusi əhəmiyyətdaşıdığını bildirib. O vurğulayıb ki, gənclərin yaradıcıinsanların sülh, həmrəylik, humanizm qarşılıqlıanlaşma ideyalarını dəstəkləməsi Azərbaycanın sülhgündəliyinin cəmiyyətdə daha geniş şəkildə təbliğinəxidmət edir. Bəxtiyar Nəbiyev sərginin təşkilatçılarına iştirakçılarına təşəkkür edərək, sülhün əmin-amanlığınmöhkəmləndirilməsinə xidmət edən bu cür təşəbbüslərindavamlı olmasını arzulayıb.

 

Beynəlxalq Qalereyanın direktoru layihə rəhbəri Elnurəİsgəndərova çıxış edərək rəsm sərgisinin əhəmiyyətindən bəhs edib. Rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

 

Çıxışlardan sonra rəssamlara diplomlar təqdim edilib.

 

Sonda xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button