GündəmSosial

Mərkəzi Elmi Kitabxanada “Prezident İlham Əliyevin dövlətçilik strategiyasında Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin təminatı” mövzusunda lektoriya keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş “Prezident İlham Əliyevin dövlətçilik strategiyasında Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin təminatı” mövzusunda lektoriya keçirilib.

 

Lektoriya çərçivəsində 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə əlaqədar olaraq kitab sərgisinə baxış keçirilib.

Mərkəzi Elmi Kitabxana və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Lektoriyanı giriş sözü ilə açan MEK-in direktoruHüseyn Hüseynov 20 Sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycan dövlətçiliyi tarixində əhəmiyyətindən danışıb. O, Azərbaycanınmüstəqilliyinin suverenliyinin möhkəmləndirilməsiistiqamətində həyata keçirilən dövlət siyasətininmühüm nəticələr verdiyini diqqətə çatdırıb. Millidövlətçilik ənənələrinin qorunması gələcək nəsillərəçatdırılmasının elmi mədəni müəssisələrinqarşısında mühüm vəzifələr qoyduğunu diqqətəçatdıran direktor, MEK- mütəmadi olaraq keçirilənlektoriyaların Azərbaycan dövlətçilik tarixinin, milli-mədəni irsin elmi resursların təbliğində mühümistiqamətlərdən biri olduğunu bildirib.

 

Daha sonra YAP Yasamal rayon təşkilatının sədriBəxtiyar Nəbiyev çıxış edərək Azərbaycanın bugünküuğurlarının qələbələrinin təməlində Ulu ÖndərHeydər Əliyevin müəyyən etdiyi strateji inkişafxəttinin dayandığını qeyd edib. O, Azərbaycanınmüstəqillik tarixinin ən təlatümlü dövrlərindən olanXX əsrin 90-cı illərindən həmin dövrdə ölkəninqarşılaşdığı siyasi ictimai çətinliklərdən, müstəqilliyin qorunması möhkəmləndirilməsiistiqamətində atılan mühüm addımlardan danışıb.Bəxtiyar Nəbiyev çıxışı zamanı 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın qabaqcıl ölkələr sırasına çıxmasına, davamlı və dinamik inkişafa nail olmaqla bölgədə yüksək nüfuz sahibinə çevrilməsinə də diqqət yetirib.“Əsrin müqaviləsi”nin Azərbaycanın iqtisadi və siyasi gücünün formalaşmasında mühüm rolundan bəhs edən natiq, həmçinin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsindən sonra əldə olunan tarixi Zəfərə və 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsinə diqqət çəkib.

Lektoriyada məruzə ilə çıxış edən AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələləri, ərazi bütövlüyü və dövlət suverenliyi məsələləri barədə geniş məlumat verib. Alim çıxışında bildirib ki, 20 sentyabr tarixi bir tərəfdən, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın müstəqil neft strategiyasının əsasının qoyulması, digər tərəfdən isə dövlət suverenliyimizin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın müasir tarixindəmühüm dönüş nöqtəsi olanƏsrin müqaviləsi”ninəhəmiyyətindən geniş bəhs edən tarixçi qeyd edib ki, bu yalnız böyük neft sazişi deyil, həm Azərbaycanıngələcək inkişafının strateji istiqamətlərinimüəyyənləşdirən mühüm tarixi hadisədir. Sazişinimzalanması ilə Azərbaycan öz təbii sərvətlərindənmilli maraqlarına uyğun istifadə etmək, uzunmüddətliinkişaf strategiyası formalaşdırmaq imkanı əldə edib.

 

Sonda çıxış edən MEK-in Heydər Əliyev Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri GünelBağırova-Hüseynova bildirib ki, 20 Sentyabr yalnıztəqvimdə qeyd olunan əlamətdar gün kimi deyil, eynizamanda xalqımızın uzun illər davam edənmübarizəsinin, 44 günlük Vətən müharibəsində əldəolunan Zəfərin milli suverenliyimizin tambərpasının rəmzidir. Suverenliyinn tam bərpa edilməsi də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizinhərbi qüdrətinin, ordumuzun peşəkarlığının və həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi kimi tarixə düşüb.

 

Sonda Yeni Azərbaycan Partiyasının Himni səslənidirilib, xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button