AnalitikaGündəmSiyasət

Əməkhaqqı sisteminin müasirləşdirilməsi yeni mərhələdir

Hərbi qulluqçuların əməkhaqqı sisteminin müasirləşdirilməsi sosial siyasətin mühüm komponentlərindən biri kimi diqqət çəkir. Yeni yanaşmada çoxsaylı əlavələrin və birdəfəlik ödənişlərin sadələşdirilmiş sistemlə əvəzlənməsi, vəzifə maaşı və rütbə maaşının daha aydın şəkildə müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu, əməkhaqqının strukturunun daha şəffaf və anlaşıqlı olmasına xidmət edən institusional dəyişiklikdir.

Rütbə maaşının əməkhaqqında xüsusi çəkisinin 70 faizə çatdırılması hərbi xidmətin peşəkarlıq və karyera aspektini də ön plana çıxarır. Rütbə hərbi qulluqçunun xidmət yolu, məsuliyyəti və peşəkar inkişafı ilə bağlı olduğundan onun əməkhaqqında daha böyük paya malik olması uzunmüddətli xidmət perspektivini stimullaşdıran mexanizm kimi nəzərdən keçirilə bilər.

Bu baxımdan yeni sistemin əsas məqamlarından biri əməkhaqqının yalnız müxtəlif əlavələrdən ibarət mexanizm olmaması, daha sabit və strukturlaşdırılmış modelə keçididir. İslahatın hərbi qulluqçuların sosial təminatına təsiri ilə yanaşı, dövlətin peşəkar və davamlı hərbi kadr siyasətinə də təsir göstərməsi gözlənilir.

Nəzakət Bağırova,
YAP Nizami rayon təşkilatının “Əli Vəliyev küçəsi, 4” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button