AnalitikaGündəmSiyasət

Şəhidlərin adı ilə yaşayan tarix

Bəzi tarixlər var ki, illər keçdikcə öz əhəmiyyətiniitirmir, əksinə, xalqın yaddaşında daha da dərin köksalır. 27 SentyabrAnım Günü belə tarixlərdəndir. Bu gün Azərbaycan xalqının yaddaşında Vətənmüharibəsinin ilk günlərinin ağrısı, şəhidlərimizinmüqəddəs xatirəsi sonrakı Zəfərin yaratdığı qürurhissi bir arada yaşayır. 27 sentyabr 2020-ci ildəAzərbaycan hərbçilərinin qarşısında mühüm vəzifədayanırdı: Vətənin müdafiəsini təmin etmək, xalqıntəhlükəsizliyini qorumaq dövlətin ərazi bütövlüyüilə bağlı məqsədlərini həyata keçirmək. Bu yoldaminlərlə hərbçi böyük fədakarlıq göstərdi, bir çox igidVətən övladı öz canını fəda etdi. Onların hər birininarxasında yarımçıq qalan arzular, ailə xatirələri, valideyn sevgisi övlad həsrəti dayanırdı. Buna görə şəhidlik yalnız hərbi tariximizin deyil, həm xalqımızın mənəvi tarixinin ən ağrılı ən ucasəhifələrindən biridir. Şəhidlərimizin adı çəkiləndə birxalqın qəlbində həm nisgil, həm qürur hissi başqaldırır.

Anım Günü bizə bir daha xatırladır ki, xalqın tarixiniyalnız böyük hadisələr deyil, həmin hadisələrinarxasında dayanan insanların taleyi yazır. Şəhidlərimizin hər biri Azərbaycanın müasir tarixinincanlı bir səhifəsidir. Onların fotoşəkilləri, məktubları, şəxsi əşyaları, ailələrinin danışdığı xatirələr zamanınyaddaşına çevrilir. Bu xatirələr gələcək nəsillərəçatdırıldıqca şəhidlərimizin adı da daim yaşayacaqdır. Xüsusilə gənclərin bu tarixi düzgün öyrənməsi, şəhidlərin həyat döyüş yolları ilə tanış olması böyükəhəmiyyət daşıyır. Çünki Vətən sevgisi yalnız sözlədeyil, tariximizi bilməklə, milli dəyərlərimiziqorumaqla dövlətimizin gələcəyinə məsuliyyətləyanaşmaqla möhkəmlənir. 27 Sentyabr hər birAzərbaycan vətəndaşına səssiz, lakin olduqca təsirli birhəqiqəti xatırladır: Vətən uğrunda verilən qurbanlarunudulmur şəhidlərin adı xalqın yaddaşındayaşadıqca onların keçdiyi yol da gələcək nəsillərə işıqsaçır.

Ramil Yariyev,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button