AnalitikaGündəmSiyasət

Azərbaycan investora nə təklif edir: sabitlikdən regional iqtisadi platformaya 

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Prezident İlham Əliyevin çıxışı bütövlükdə Azərbaycanın özünü beynəlxalq investorlar qarşısında yalnız kapital qəbul edən ölkə kimi deyil, regional iqtisadi platforma kimi təqdim etdiyini gösterir. Prezident İlham Əliyevin çıxışında siyasi və iqtisadi sabitlik, enerji ehtiyatları, inkişaf etmiş infrastruktur, nəqliyyat bağlantıları, rəqəmsal imkanlar və insan kapitalı bir-birini tamamlayan üstünlüklər kimi təqdim olunur. Forumun əsas mövzusunda “qlobal bağlantı” və “investisiya sabitliyi” anlayışlarının önə çəkilməsi də bu modelin məntiqi çərçivəsini yaradır.

Azərbaycanın investor üçün təklif etdiyi imkanların mühüm hissəsini enerji sektoru təşkil edir. Prezident İlham Əliyev neft və qazın yakın perspektivdə də böyük investisiya seqmenti olaraq qalacağını bildirib. Eyni zamanda Abşeron yatağının tammiqyaslı işlənməsi və digər enerji layihələri üzrə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində sənədlərin mübadiləsi investor marağının konkret layihələrə çevrilməsinə nümunədir.

İkinci böyük istiqamət logistika və bağlantıdır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşməsi, dəmir yolu və liman infrastrukturu, multimodal daşımalar və qonşu ölkələrlə nəqliyyat əlaqələri ölkənin regional təchizat zəncirlərində rolunu genişləndirə bilər. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda gömrük idarəçiliyinin və rəqəmsallaşmanın əhəmiyyətini vurğulaması gösterir ki, gələcək rəqabət yalnız coğrafi mövqeden deyil, həmin mövqenin nə qədər səmərəli idarə olunmasından asılı olacaq.

Nəticə etibarilə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Prezident İlham Əliyevin təqdim etdiyi iqtisadi çərçivə bir neçə sektorun vahid sistemdə birləşdirilməsi üzərində qurulur. Enerji maliyyə və sənaye bazası yaradır, logistika regional bağlantını gücləndirir, rəqəmsal infrastruktur yeni texnologiya imkanları açır, insan kapitalı isə bu sistemin işləməsini təmin edir. Azərbaycanın qarşısındakı əsas strateji məsələ mövcud üstünlükləri sadalamaq deyil, onları daha yüksək əlavə dəyər yaradan fəaliyyətlərə çevirməkdir. Bu baxımdan forum Azərbaycanın investisiya siyasətində “kapital cəlb etmək” mərhələsindən “uzunmüddətli iqtisadi tərəfdaşlıqlar və regional platformalar formalaşdırmaq” mərhələsinə keçid baxımından əhəmiyyətli siyasi-iqtisadi müzakirə meydanı kimi çıxış edir.

Rasim Quliyev,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 8” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button