
Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin proqram xarakterli və dərin məzmunlu çıxışı Azərbaycanın bugünkü reallıqlarını, qazanılan tarixi nailiyyətlərini və gələcək strateji hədəflərini aydın şəkildə ortaya qoydu. Bu çıxış yalnız daxili auditoriyaya deyil, eyni zamanda son dövrlərdəölkəmizin daxili işlərinə və müstəqil xarici siyasətinəmüdaxilə etməyə çalışan bütün kənar güclərəünvanlanmış qətiyyətli, barışmaz və açıq bir mesaj idi.
Vətən müharibəsi Azərbaycanın şanlı Zəfər qazandığı, müasir hərb tarixinə öz silinməz dəst-xəttini yazdığı şərəfli bir salnamədir. Bu qələbə xalqımızın əbədi yaddaşında yaşayacaq və gələcək nəsillər üçün qürur mənbəyi olacaqdır. Lakin son zamanlar bu tarixi Zəfəri öz adına çıxarmağa, onun əhəmiyyətini kiçiltməyə vəya regionda yenidən süni təsir imkanları qazanmağa çalışan bəzi dairələrin fəallaşması müşahidə olunur. Dövlət başçısının həmin qüvvələrə cavabı çox qəti vəbirmənalı oldu: Azərbaycan Vətən müharibəsindəistifadə etdiyi hər bir silahı, hər bir hərbi texnikanı – son gülləsinə qədər – öz halal maliyyə resursları, öz iqtisadi gücü hesabına əldə edib.
Bu fakt Azərbaycanın müharibədə hansı nəhəng hərbi və iqtisadi potensiala malik olduğunu bir daha bütün dünyaya sübut edir. Birinci Qarabağ müharibəsində baş verən acı hadisələr, habelə həmin dövrdə bəzi “müttəfiqlərin” sərgilədiyi riyakar mövqe xalqımızın yaddaşından silinməyib. Məhz buna görə də, Azərbaycanın öz iqtisadi imkanları ilə formalaşdırdığı Ordunun, qəhrəman şəhidlərimizin və qazilərimizin canı-qanı bahasına azad edilən torpaqlar üzərində heç bir xarici qüvvə söz sahibi ola bilməz və olmayacaqdır. Ali Baş Komandan bu reallığı ən yüksək kürsüdən bütün dünyaya bəyan etdi.
Prezident İlham Əliyevin çıxışında ən diqqətçəkən məqamlardan biri də Azərbaycanın daxili işlərinə vəxarici siyasətinə yönələn geosiyasi təzyiq cəhdləri iləbağlı idi. Məlumdur ki, əlverişli geosiyasi və strateji mövqeyə malik olan Azərbaycan tarix boyu böyük güclərin maraq toqquşması meydanına çevrilməyəcəhd edilib. Lakin bu gün Azərbaycanın gəldiyi yüksək inkişaf səviyyəsi göstərir ki, artıq Cənubi Qafqazda yekun qərarların qəbulunda bütün beynəlxalq güclər ölkəmizlə hesablaşmaq məcburiyyətindədir. Bu güc təsadüfən yaranmayıb – bu, qətiyyətli Liderin, məğlubedilməz Ordunun, dayanıqlı iqtisadiyyatın vəsarsılmaz dövlət-xalq birliyinin məntiqi nəticəsidir.
Azərbaycanın regional güc mərkəzinə çevrilməsi Cənubi Qafqazı keçmişdə olduğu kimi öz “arxa bağçası” görmək xülyası ilə yaşayan bəzi xarici dairələri ciddi şəkildə narahat edir. Ölkə başçısının “Bizə kimsənin himayədarlığı lazım deyil” bəyanatı Cənubi Qafqazda hegemonluq etmək istəyənlərəverilən ən tutarlı və üstün cavab idi. Azərbaycan tam müstəqil siyasət yürüdən, güclü iqtisadiyyata və müasir orduya malik qalib dövlətdir. Ölkəmizi kiminsəasılılıqda tuta biləcəyi bir məkan kimi görmək arzusunda olanlar bu mesajdan lazımi dərsi almalıdırlar.
Dünyada cərəyan edən mürəkkəb və təhlükəli siyasi proseslər fonunda Ölkə Rəhbərinin gənclərə vəcəmiyyətə ünvanladığı çağırış xüsusi strateji əhəmiyyət kəsb edir: Milli-mənəvi həmrəyliyi qorumaq, kənar ideoloji təxribatların qarşısını almaq və dövrün müasir tələblərinə cavab verən milli ideologiyaya sahib olmaq. Şübhəsiz ki, müvafiq dövlət qurumları və ilk növbədəpartiya aktivistləri Ali Baş Komandanın bu çağırışlarını və tapşırıqlarını fəaliyyət proqramına çevirərək, göstərilən etimadı layiqincə doğruldacaqlar.
Partiyanın VIII qurultayı müasir Azərbaycanın gələcək inkişaf xəttini, sarsılmaz siyasi iradəsini və müstəqillik əzmini bir daha aydın şəkildə nümayiş etdirdi.
Taleh Mansurov,
YAP Xətai rayon təşkilatının ƏPT sədri,
Bakı Ali Neft Məktəbinin Karyera və məzunlarla iş şöbəsinin böyük metodisti



