AnalitikaGündəmSiyasət

Ortaq maraqlar və yeni imkanlar

8 oktyabr 2026-cı il tarixində Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü təşkil edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksində oldu. Prezident İlham Əliyevi Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov qarşıladı.

Görüşü açıq elan edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov sözü Pezident İlham Əliyevə verdi. Dövlət Başçısı İlham Əliyev ilk növbədə dəvət və ənəvəvi qonaqpərvərliyə görə hər kəsə öz təşəkkürünü bildirdi.

Daha sonra Prezident İlham Əliyev keçən ilin noyabr ayında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv olmasından bəhs edərək, həmin tarixi qərarı yekdilliklə dəstəkləyən hər kəsə, xüsusilə Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova öz təşəkkürünü bildirdi.

Ölkə Başçısı İlham Əliyev son illərdə iki ölkə arasındakı münasibətlərin dinamik inkişafından, siyasi dialoqların intensivliyi və ikitərəfli əlaqələrin daha da güclənməsindən söhbət edərək, Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscid tikintisinin həyata keçirildiyini də vurğuladı.

Prezident İlham Əliyev çıxışı zamanı Mərkəzi Asiya ilə əlaqələrin xeyli genişləndiyini vurğulayaraq, bildirdi ki: “Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksək səviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb”.

Çıxış zamanı Prezident İlham Əliyev son illərdə Azərbaycanın Qazaxıstan, Özbəkistan, Qırğızıstanla birgə investisiya fondları yaradılması bildirərək, həmin fondların kapitalı vasitəsilə birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması, sənaye əməkdaşlığının genişləndirilməsi üçün fəal şəkildə istifadə edilməsinin vacibliyindən də bəhs etdi. Prezident tövsiyə etdi ki, bunun üçün hamı qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməli, eyni zamanda birgə investisiya qoyub, istehsal etməli və xarici bazarlara çıxartmalıdır.

Cənab Prezident İlham Əliyev görüş zamanı nəqliyyat məsələsinə də toxunaraq, öz fikrini bildirdi. Preziden çıxışı zamanı qeyd etdi ki, “Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk”.

Prezident İlham Əliyev çıxışı zamanı nəqliyyat infrastrukturlarına, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoyulmasını da görüş iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra o, diqqəti Xəzər dənizinin bu baxımdan üstünlüklərinə yönəldərək, Xəzər vasitəsilə daşımaların həcmlərinin artdığını da bildirdi.

Çıxış zamanı Prezident İlham Əliyev hər kəsin ortaq məqsədinin bu marşurtları daha səmərəli və rəqabətədavamlı etməsi olduğunu bildirdi. Eyni zamanda bununla paralel şəkildə, “Rəqəmsal İpək Yolu” layihəsinin də həyata keçirildiyini, “Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görüldüyünü” qeyd etdi. Ölkə Başçısı İlham Əliyev keçən il həmin marşurt üzrə tranzit yükdaşımaların həcminin 10 faizdən çox, bu ilin səkkiz ayında isə təqribən 20 faiz artdığını söylədi.

Görüş zamanı energetika sahəsindəki əməkdaşlıq məsələlərinə də toxunan Prezident İlham Əliyev bildirdi ki, “Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq”.

Prezident İlham Əliyev çıxışının sonunda ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitliyin bütün nailiyyətlərin təməli olduğunu söyləyərək hər kəsə öz təşəkkürünü bildirib, çıxışını yekunlaşdırdı.

Pərvanə Talıbova,
YAP Yasamal rayon təşkilatının fəalı,
Azərbaycan Milli Konservatoriyası nəzdində
İncəsənət gimnaziyasının müəllimi

Oxşar Xəbərlər

Back to top button