AnalitikaGündəmSiyasət

Azərbaycan–Mərkəzi Asiya münasibətləri: strateji tərəfdaşlıq və gələcək hədəflər

2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşdəki çıxışı regional əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin möhkəmləndirilməsi, nəqliyyat-logistika imkanlarının artırılması və enerji sahəsində tərəfdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafına xüsusi diqqət yetirib. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması ölkəmizlə region dövlətləri arasında çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar yaradıb. Dövlət başçısı Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun, qarşılıqlı etimadın və tərəfdaşlıq münasibətlərinin inkişafının vacibliyini vurğulayıb.

Çıxışda iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və birgə layihələrin həyata keçirilməsi məsələləri də diqqət mərkəzində olub. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın inkişafı qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmləndirilməsinə, yeni istehsal imkanlarının yaradılmasına və məhsulların beynəlxalq bazarlara çıxışının genişləndirilməsinə şərait yaradır. Bu baxımdan, investisiya layihələrinin təşviqi və iqtisadi əlaqələrin şaxələndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin çıxışında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da mühüm yer tutub. Xəzər dənizi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafında strateji əhəmiyyətə malikdir. Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, limanların, dəmir yollarının və avtomobil yollarının imkanlarının genişləndirilməsi ölkəmizin beynəlxalq nəqliyyat marşrutlarında rolunu artırır. Xüsusilə Orta Dəhlizin inkişafı Asiya ilə Avropa arasında yükdaşımaların genişləndirilməsi, tranzit imkanlarının artırılması və regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Enerji sahəsində əməkdaşlıq da görüşün əsas istiqamətlərindən biri olub. Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında oynadığı rol, Mərkəzi Asiya ölkələri ilə enerji sahəsində tərəfdaşlığın inkişafı və bərpaolunan enerji mənbələrindən istifadə imkanları regionun iqtisadi potensialının artırılması üçün geniş perspektivlər yaradır. Yaşıl enerji sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi və enerji dəhlizlərinin inkişafı gələcək əməkdaşlığın mühüm istiqamətlərindəndir.

Dövlət başçısı regional inkişafın təmin olunmasında sülhün, təhlükəsizliyin və sabitliyin əhəmiyyətini də diqqətə çatdırıb. Ölkələr arasında qarşılıqlı etimadın gücləndirilməsi, ortaq maraqların uzlaşdırılması və birgə təşəbbüslərin dəstəklənməsi regionda davamlı inkişaf üçün mühüm şərtlərdir. Siyasi, iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Görüş çərçivəsində qəbul edilən sənədlər və aparılan müzakirələr Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır. Azərbaycanın 2027-ci ildə Məşvərət formatına sədrlik etməsi də gələcək əməkdaşlığın inkişafı və birgə təşəbbüslərin davam etdirilməsi üçün yeni imkanlar yaradır.

Prezident İlham Əliyevin 8-ci Məşvərət görüşündəki çıxışı Azərbaycanın regional əməkdaşlığın genişləndirilməsinə, iqtisadi tərəfdaşlığın gücləndirilməsinə və nəqliyyat-enerji əlaqələrinin inkişafına verdiyi əhəmiyyəti əks etdirir. Görüş Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və regionun beynəlxalq iqtisadi sistemdə rolunun artırılması istiqamətində mühüm platforma kimi qiymətləndirilə bilər.

Nərmin Azadova,
“H.B.Zərdabi küç.96″ (Azərbaycan Respublikası SəhiyyəNazirliyinin Ictimai Səhiyyə və Islahatlar Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button