GündəmSosial

YAP Astara rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin Yük daşımaları Departamentinin Astara stansiyası ərazi partiya təşkilatında keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqində müəyyənləşdirilən əsas istiqamətlər, partiyanın qarşısında duran yeni vəzifələr və ideoloji fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasının əhəmiyyəti barədə geniş məlumat verib. O, qurultayda səsləndirilən fikirlərin partiyanın yerli və ərazi təşkilatlarının gələcək fəaliyyəti üçün mühüm istiqamət müəyyənləşdirdiyini, qarşıya qoyulan vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Yük daşımaları Departamentinin Astara stansiyasının rəisi, Ərazi partiya təşkilatının sədri Asif Ağazadə, Astara stansiyasının yük xəzinədarı Elman Tanrıverdiyev, Astara stansiyasının teplovoz maşinisti Yaşar Rzayev və sahə inspektoru Elman Mirzəyev çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatındakı əhəmiyyəti, Prezident cənab İlham Əliyevin nitqində əksini tapan mühüm məsələlər, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, əhali ilə əlaqələrin gücləndirilməsi və partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması istiqamətində qarşıda duran vəzifələrdən bəhs olunub. Bildirilib ki, qurultayda müəyyənləşdirilən prioritetlər partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsini və ideoloji işin müasir çağırışlara uyğun qurulmasını zəruri edir.
Tədbirin sonunda YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Yük daşımaları Departamentinin Astara stansiyasının kollektivini “13 Oktyabr Dəmiryolçuların peşə bayramı” münasibətilə təbrik edib və YAP rayon təşkilatının “Fəxri fərman”ını sahə rəisinə təqdim edib.
Yük daşımaları Departamentinin Astara stansiyasının rəisi və kollektiv tədbirə və göstərilən diqqətə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildiriblər.

Oxşar Xəbərlər

Back to top button