GündəmSiyasət

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr və səhiyyə sahəsinin inkişafı müzakirə olunub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Nəsimi küçəsi, 11” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbir şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov VIII Qurultayda müəyyənləşdirilən vəzifələrin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. O, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin ardıcıl icrasının vacibliyini vurğulayaraq, dövlətin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğının, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

44 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Lalə Naci çıxışında ölkədə səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlərə toxunub. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə infrastrukturunun təkmilləşdirilməsinin və əhaliyə göstərilən tibbi xidmətlərin yaxşılaşdırılmasının dövlət siyasətində mühüm yer tutduğunu qeyd edib.

Tədbirdə sahə həkimi Aqşin Salmanov və “Nəsimi küçəsi, 11” ərazi partiya təşkilatının sədr müavini Gülbahar Abdullayeva da çıxış edərək YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərin əhəmiyyətindən, səhiyyə sahəsində qarşıda duran vəzifələrdən və tibbi xidmətin keyfiyyətinin artırılmasının vacibliyindən danışıblar.

Oxşar Xəbərlər

Back to top button