
Məktəb uşaqların müxtəlif ailələrdən, fərqli sosial şəraitdən və müxtəlif həyattəcrübələrindən gələrək eyni məqsəd ətrafında birləşdiyi məkandır. Bu məkandahər bir şagirdin özünü dəyərli hiss etməsi, bərabər imkanlara malik olması və təhsilprosesində fəal iştirak etməsi olduqca vacibdir. Vahid məktəbli geyimi də məhz buməqsədə xidmət edən vasitələrdən biri kimi qiymətləndirilə bilər. O, şagirdlərindiqqətini zahiri görünüşdən uzaqlaşdıraraq təhsilə, dostluğa və şəxsi inkişafayönəltməyə kömək edir.
Geyim fərqləri bəzən uşaqlar arasında müqayisələrə, maddi imkanlarınqabardılmasına və arzuolunmaz psixoloji təzyiqlərə səbəb ola bilər. Vahid geyimyanaşması bu fərqlərin təsirini azaltmaqla daha rahat və sağlam məktəb mühitininformalaşmasına şərait yaradır. Məktəbə gələn hər bir şagird bilməlidir ki, onundəyəri geyindiyi paltarın markası, qiyməti və ya dəbdə olması ilə ölçülmür. Əslüstünlük bilikdə, çalışqanlıqda, dürüstlükdə və başqalarına göstərilən hörmətdədir.
Vahid geyim qaydalarının uğurlu tətbiqi üçün ailələrin sosial vəziyyəti və uşaqlarınehtiyacları da nəzərə alınmalıdır. Məktəbli forması rahat, praktik və mövsüməuyğun olmalı, şagirdlərin dərs zamanı sərbəst hərəkətinə maneə yaratmamalıdır. Bu məsələdə məktəb rəhbərliyinin, valideynlərin və aidiyyəti qurumlarınəməkdaşlığı mühüm əhəmiyyət daşıyır. Qaydalara əməl olunması tələb edilərkənailələrə əlavə çətinlik yaradılmaması, uşaqların maddi səbəblərə görə təhsildənkənarda qalmasına və ya alçaldılmasına yol verilməməsi əsas prinsiplərdən biriolmalıdır.
Məktəbli geyimi eyni zamanda kollektivə mənsubluq hissini gücləndirir. Eyniməktəbin şagirdləri arasında birlik, məsuliyyət və ortaq məqsəd anlayışıformalaşdıqca təhsil mühitinin mənəvi dayaqları da möhkəmlənir. Lakin vahidlikfərdiliyin yox edilməsi demək deyil. Hər bir şagird öz düşüncəsi, istedadı vəxarakteri ilə seçilə bilər. Əsas olan odur ki, məktəbdə bərabərlik geyimlə başlasın, hörmətlə möhkəmlənsin və biliklə tamamlansın.
Ləman Məmmədova,
YAP Xəzər rayon təşkilatının fəalı



