GündəmSiyasət

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr və aqrar sahənin inkişafı müzakirə olunub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Köndələn küçəsi” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov VIII Qurultayda müəyyənləşdirilən vəzifələrin əhəmiyyətindən, dövlət siyasətinin prioritet istiqamətlərindən və Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin ardıcıl icrasının vacibliyindən danışıb. O, ölkənin aqrar və elmi-tədqiqat sahələrinin inkişafının, kənd təsərrüfatında elmi yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıb.

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən inkişaf strategiyasından, dövlətin aqrar sahəyə və elmi tədqiqatların genişləndirilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb. O, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin ölkənin gələcək inkişafı baxımından əhəmiyyətini vurğulayaraq, baytarlıq elminin inkişafı, heyvan sağlamlığının qorunması və kənd təsərrüfatında müasir elmi yanaşmaların tətbiqinin vacibliyini qeyd edib.

İnstitutun direktor müavini Səhman Bayramov və Balıq və arı xəstəlikləri şöbəsinin aparıcı elmi işçisi Niyazi Nəcəfov da çıxışlarında YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərin əhəmiyyətinə toxunaraq, aqrar sahədə elmi fəaliyyətin genişləndirilməsi və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.

Oxşar Xəbərlər

Back to top button