AnalitikaGündəmSiyasət

Zəngilan – təbiətin gözəlliyi və Vətən sevgisinin vəhdəti

Zəngilan Azərbaycanın təbiət xəzinəsindəözünəməxsus yeri olan, gözəlliyi ilə insanı valeh edənqədim diyardır. Burada dağların əzəməti, meşələrinyaşıllığı, çayların ahəngi və torpağın bərəkəti bir-birinitamamlayaraq əsrarəngiz mənzərə yaradır. 20 Oktyabr– Zəngilan şəhəri günü bu gözəllikləri xatırlamaqlayanaşı, doğma torpaqlarımıza olan bağlılığımızı birdaha ifadə etmək üçün mühüm fürsətdir. Zəngilanıntəbiəti xalqımızın yaddaşında yalnız mənzərə kimideyil, həm də uşaqlıq xatirələri, ailə hekayələri vədoğma yurdun əvəzolunmaz istiliyi kimi yaşayır. Budiyarın hər daşı, hər ağacı və hər bulağı özündə birtarix daşıyır.

Zəngilanın təbii sərvətləri və zəngin ekosistemibölgənin gələcək inkişafı üçün böyük imkanlar yaradır. Xüsusilə Bəsitçay Dövlət Təbiət Qoruğu ilə tanınan buərazi təbiətin qorunmasının nə qədər mühüm olduğunubir daha göstərir. Qoruğun məşhur çinar meşələriAzərbaycanın təbii irsinin qiymətli nümunələrindəndir. Əsrlərin sınağından çıxan bu ağaclar sanki torpağınyaddaşını qoruyur, keçmişlə gələcək arasında canlıkörpü yaradır. Zəngilanın yenidən qurulmasıprosesində təbiətin mühafizəsi, yaşıllıqların bərpası vəekoloji tarazlığın qorunması xüsusi əhəmiyyətdaşımalıdır. Çünki doğma diyarın həqiqi gözəlliyionun təbiətinin də sağlam və yaşıl qalması ilə ölçülür.

Bu gün Zəngilanda həyata keçirilən bərpa vəquruculuq işləri bölgənin təbii imkanlarından səmərəliistifadə etməklə müasir yaşayış mühitininyaradılmasına yönəlib. Yeni infrastruktur layihələri, yollar, yaşayış sahələri və sosial obyektlər şəhərininkişafına təkan verir. Eyni zamanda, kəndtəsərrüfatının, turizmin və digər iqtisadi sahələrininkişafı üçün imkanlar genişlənir. Zəngilanın təbiigözəlliklərinin gələcək nəsillərə ötürülməsi buinkişafın mühüm istiqamətlərindən biri olmalıdır. Müasir şəhərsalma ilə təbiətin ahəngdar şəkildəbirləşdirilməsi Zəngilanı həm rahat yaşayış məkanına, həm də Azərbaycanın cəlbedici turizmistiqamətlərindən birinə çevirə bilər.

20 Oktyabr – Zəngilan şəhəri günü bizə doğmatorpaqların yalnız sahib çıxılmalı deyil, həm dəqorunmalı olduğunu xatırladır. Vətən sevgisi onundağlarını, çaylarını, meşələrini, tarixi abidələrini vəmənəvi sərvətlərini yaşatmaqla daha da dərinləşir. Zəngilanın dirçəlişi insanla təbiətin, keçmişləgələcəyin, milli yaddaşla müasir inkişafın qovuşduğubir prosesdir. Arzumuz budur ki, Zəngilanın yaşıllıqlarıdaha da artsın, çayları daim axıb torpağa həyat versin, doğma sakinlər öz yurdlarında firavan yaşasınlar. Bugözəl diyar Azərbaycanın təbiət möcüzəsi və milliqürur mənbəyi kimi daim yaşasın.

Rəşad Həsənov,
YAP
Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button