
Zəngilanın adı bu gün Azərbaycan xalqının yaddaşında həm tarixi həsrətin, həm dəböyük qələbədən sonra başlanan yeni həyatın rəmzi kimi yaşayır. 20 Oktyabr – Zəngilan şəhəri günü doğma torpaqlarımıza qayıdışın, quruculuğun və gələcəyəinamın təntənəsidir. Uzun illər ərzində insanların xəyallarında yaşatdığı doğmaşəhər bu gün yenidən qurulur, müasir inkişafın tələblərinə uyğun olaraq özsimasını dəyişir. Bir zamanlar ayrılığın ağrısını yaşayan bu torpaqlarda indiquruculuq səsləri eşidilir, yeni yollar salınır, yaşayış məntəqələri bərpa olunur vəgələcək həyatın təməli qoyulur.
Şəhərin yenidən qurulması yalnız binaların tikilməsi və yolların çəkilməsi iləməhdudlaşmır. Əsl dirçəliş insanın öz doğma yurduna qayıtması, ailəsinin yanındayaşaması, uşaqlarının doğulduğu torpaqda böyüməsi və gələcəyini həmin məkandaqurmasıdır. Zəngilanın bərpası bu baxımdan böyük mənəvi məna daşıyır. İllərləVətən həsrəti çəkən insanların öz evlərinə qayıtmaq arzusu dövlətimizin həyatakeçirdiyi Böyük Qayıdış siyasətinin əsas məqsədlərindən biridir. Yeni yaşayışevləri, sosial infrastruktur, təhsil və xidmət obyektləri bu məqsədingerçəkləşməsinə xidmət edir. Hər yeni tikili, hər abadlaşdırılan küçə doğma yurddahəyatın yenidən canlanmasına doğru atılan addımdır.
Zəngilanın gələcəyi müasir texnologiyaların tətbiqi, iqtisadi imkanlarıngenişləndirilməsi və dayanıqlı inkişaf prinsiplərinin həyata keçirilməsi ilə sıxbağlıdır. Ağıllı şəhər və ağıllı kənd konsepsiyaları əsasında qurulan yaşayış mühitisakinlərə daha rahat və müasir həyat şəraiti yaratmaq məqsədi daşıyır. Nəqliyyatəlaqələrinin yaxşılaşdırılması, kommunal xidmətlərin təşkili, yeni iş imkanlarınınyaradılması və istehsal sahələrinin inkişafı bölgənin iqtisadi potensialını artırır. Zəngilan Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi də bölgənin nəqliyyatvə logistika imkanlarının genişlənməsində mühüm rol oynayır. Bu layihələr azadedilmiş ərazilərin ölkənin ümumi inkişafına daha fəal inteqrasiyasına imkan verir.
Zəngilan şəhəri günü hər birimizə quruculuğun arxasında böyük zəhmətin, dövlətqayğısının və xalqın birliyinin dayandığını xatırladır. Bu torpaqlarda yenidən həyatqurmaq gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaq deməkdir. Zəngilanın dirçəlişi bir xalqın sınmayan iradəsinin, öz köklərinə bağlılığının vəsabaha inamının canlı ifadəsidir. İnanırıq ki, yaxın gələcəkdə bu şəhərdə həyatdaha da canlanacaq, yeni ailələr öz ocaqlarını quracaq, gənclər təhsil alacaq vəqurub-yaradan insanların əməyi ilə Zəngilan Azərbaycanın ən inkişaf etmişbölgələrindən birinə çevriləcək.
Günay Quliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı



