AnalitikaGündəmSiyasət

Zəngilanın tarixi irsi və dövlətçilik yaddaşımızda yeri

Zəngilan şəhəri günü Azərbaycanın zəngin tarixi keçmişinin, milli iradəsinin vəişğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinintəcəssümüdür. Hər il 20 oktyabr tarixinin Zəngilanla bağlı qeyd edilməsi xalqımızüçün yalnız əlamətdar günün xatırlanması deyil, həm də doğma torpaqlarabağlılığın, tarixi ədalətin və milli birliyin ifadəsidir. Zəngilanın qədim tarixi, mədəni sərvətləri və əlverişli coğrafi mövqeyi onu Azərbaycanın mühümbölgələrindən birinə çevirib.

Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra regionda aparılan inzibatidəyişikliklər bölgənin idarəçilik sisteminə, ərazi bölgüsünə və ictimai həyatınatəsir göstərmişdir. Bu proseslər çərçivəsində müxtəlif inzibati vahidlər yaradılmış, ərazilərin idarə olunması yeni qaydalar əsasında təşkil edilmişdir. Zəngilanın tarixiinkişafını araşdırarkən onun yerləşdiyi coğrafi məkanın, qonşu bölgələrləəlaqələrinin və müxtəlif dövrlərdə baş vermiş inzibati dəyişikliklərin öyrənilməsixüsusi əhəmiyyət daşıyır. Bölgənin keçdiyi tarixi yol Azərbaycanın ümumitarixinin ayrılmaz hissəsidir.

Zəngilanın qədim yaşayış məskənləri, memarlıq nümunələri, qəbir abidələri və dinitikililəri burada əsrlər boyu formalaşmış zəngin mədəni mühitdən xəbər verir. Şərifan abidələri, orta əsrlərə aid yaşayış yerləri, Qız qalaları, sərdabələr, qüllələrvə körpülər bölgənin tarixi yaddaşını qoruyan qiymətli nümunələr sırasındadır. Buabidələr keçmiş nəsillərin həyat tərzini, memarlıq bacarığını və mənəvi dünyasınıöyrənmək üçün mühüm mənbədir.

Uzun illər davam edən işğal Zəngilanın tarixi və mədəni irsinə ağır zərbəvurmuşdur. Tarixi tikililərin dağıdılması, yaşayış məntəqələrinin viran qoyulmasıvə mədəni sərvətlərin zədələnməsi bölgənin keçmişi ilə gələcəyi arasında əlaqəninqırılmasına yönəlmiş vandalizmin nəticələridir. Buna baxmayaraq, Zəngilanıntarixi əhəmiyyəti və xalqımızın bu torpaqlara bağlılığı aradan qalxmamışdır.

Bu gün Zəngilanda həyata keçirilən bərpa və yenidənqurma tədbirləri bölgənintarixi kimliyinin qorunmasına da xidmət edir. Şəhərin və kəndlərin yenidənqurulması, tarixi abidələrin tədqiqi və mədəni irsin gələcək nəsillərə çatdırılmasımühüm vəzifələrdəndir. Zəngilan şəhəri günü bu istiqamətdə görülən işlərinəhəmiyyətini bir daha ön plana çıxarır və hər bir azərbaycanlıya doğma torpaqlarınqorunmasının milli məsuliyyət olduğunu xatırladır.

 

Araz Məmmədov,
YAP
Xətai rayon təşkilatı fəalı

Oxşar Xəbərlər

Back to top button