
Oktyabrın 21-də “Z.Əhmədbəyov küç. 29” (2 saylı Qadın Məsləhətxanası) ünvanı üzrə ərazi partiya təşkilatı və “Z.Əhmədbəyov küç. 6” (3 saylı şəhər poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədr müaviniElnarə Mustafayeva, 2 saylı Qadın Məsləhətxanasının başhəkimi, ƏPT sədri Yeganə Babayeva, 3 saylı şəhərpoliklinikasının baş həkimi, ƏPT sədri Sevinc Mehdiyeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiyatəşkilatlarının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü vəsuverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsininbir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ArdıncaAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən YAP Yasamal rayon təşkilatının sədrmüavini Elnarə Mustafayeva YAP Yasamal rayon təşkilatınınsədri Bəxtiyar Nəbiyevin salamlarını tədbir iştirakçılarınaçatdıraraq, Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ınVIII Qurultayındakı tarixi və proqram xarakterli nitqininideoloji-siyasi əhəmiyyəti, ölkəmizin postmüharibə dövründəkistrateji inkişaf hədəfləri və ilkin səhiyyə müəssisələrindəfəaliyyət göstərən ərazi partiya təşkilatlarının qarşısında duranmühüm vəzifələr barədə geniş məruzə edib. Elnarə Mustafayeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi tərəqqisinin və möhtəşəm Zəfərlərinin ana sütunu olmuşdur. Ulu Öndərinzəngin dövlətçilik irsini uzaqgörənliklə davam etdirən cənabPrezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazibütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Qazanılan butarixi qələbələr partiyamızın yürütdüyü ardıcıl siyasi kursun vəsarsılmaz xalq-iqtidar birliyinin parlaq nümayişidir.
Çıxış edənlər 2 saylı Qadın Məsləhətxanasının baş həkimi, ƏPT sədri Yeganə Babayeva, 3 saylı şəhər poliklinikasının başhəkimi, ƏPT sədri Sevinc Mehdiyeva, 2 saylı QadınMəsləhətxanasının ərazi partiya təşkilatının sədr müavini Nailəİmanova və 3 saylı şəhər poliklinikasının baş həkiminin müaviniFüzuli Xəlilov rəhbərlik etdikləri və təmsil olunduqları tibbmüəssisələrində aparılan yenidənqurma işləri, ilkin səhiyyəxidmətlərinin keyfiyyətinin yüksəldilməsi və ərazi partiyatəşkilatlarının ictimai-ideoloji fəaliyyəti barədə məlumatveriblər. Çıxış edənlər vurğulayıblar ki, cənab Prezident İlhamƏliyevin rəhbərliyi ilə ölkədə səhiyyə infrastrukturlarınınmodernləşdirilməsi və tibb işçilərinə göstərilən diqqət və qayğıkollektivləri daha məsuliyyətlə çalışmağa ruhlandırır. OnlarYAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları gündəlikfəaliyyətlərində rəhbər tutacaqlarını və partiya ideyalarınıntəbliğində ön sıralarda olacaqlarını bəyan ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib vəxatirə şəkli çəkdirilib.















