
YAP Astara rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbirlər çərçivəsində Astara şəhər Tarix Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatında tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbirdə YAP Astara rayon təşkilatının məsul əməkdaşı Elçin Məmmədəliyev Partiyanın VIII Qurultayında qarşıya qoyulan vəzifələr, Prezident İlham Əliyevin çıxışından irəli gələn əsas istiqamətlər, partiya fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması və ideoloji işin gücləndirilməsinin əhəmiyyəti barədə ətraflı danışıb.
Tarix Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Şahin Əliyev, muzeyin əməkdaşları Elnarə Əhmədova, Çiçək Axundova, Vüsalə Xocaxanova və Rəna Əskərova çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüb, qarşıda duran vəzifələrin həyata keçirilməsində partiya fəallarının üzərinə düşən məsuliyyəti diqqətə çatdırıblar.




