GündəmSosial

YAP Astara rayon təşkilatının “Nizami küçəsi 121” ərazi partiya təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş tədbir keçirilib

Öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxış edərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib.
H. Cəfərov bildirib ki, Qurultayda Prezident, YAP sədri cənab İlham Əliyevin çıxışı partiyanın qarşıdakı fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi diqqət çəkir. Partiyamızın əsas ideoloji bünövrəsi ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik prinsipləri üzərində qurulduğunu vurğuladı.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında yeni dövrün reallıqlarından irəli gələn mühüm vəzifələr müəyyənləşdirib.
Çıxış edənlər YAP fəalları, “Lənkəran-Astara Regional Qaz İstismar İdarəsinin Astara Xidmət Sahəsi”nin rəisi Xalid Cahangirov və ərazi partiya təşkilatının sədri Emil Tağıyev VIII Qurultayın nəticələrinin əhəmiyyətindən danışaraq qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəal iştirakının vacibliyini qeyd ediblər və bundan sonra da partiyanın işində daha məsuliyyətlə fəaliyyət göstərəcəklərini bildiriblər.

Oxşar Xəbərlər

Back to top button