
22 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının təşkilatçılığı ilə Astara şəhəri, Istiqlaliyyət küçəsi, 15 ünvanı (Astara şəhər İcra nümayəndəliyi) üzrə ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib.
Görüşdə YAP Astara rayon təşkilatının əməkdaşları və partiya fəalları iştirak ediblər. Çıxış edənlər — YAP Astara rayon təşkilatının əməkdaşı Elçin Məmmədəliyev, Astara rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Şəhsənəm Hüseynova və rəssam Firudin Quliyev Partiyanın VIII Qurultayında qarşıya qoyulan hədəflər, müəyyənləşdirilən prioritet istiqamətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər. Çıxışlarda qurultayda səsləndirilən fikirlərin və qarşıya qoyulan vəzifələrin yerli səviyyədə həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, YAP fəallarının üzərinə düşən vəzifələr, onların fəallığının artırılması, tapşırıqların məsuliyyətlə yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılıb.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, qarşıda duran vəzifələrin icrası istiqamətində bundan sonra da məsuliyyətlə fəaliyyət göstərməyin vacibliyi qeyd olunub.




