AnalitikaDünyaGündəmSiyasət

Tarixi ədalətin bərpası və regionda dayanıqlı sülhün qurulması perspektivləri

Azərbaycan Prezidenti İlham Əliyev: “Azərbaycan uzun illər ədalətsizliklərlə üzləşsə də, öz gücü, iradəsi və beynəlxalq hüquq norma əsasında tarixi ədaləti bərpa etmişdir. İndi əsas məqsədimiz regionda dayanıqlı sülhün, təhlükəsizliyin və tərəqqinin təmin edilməsidir.”

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident cənab İlham Əliyevin səsləndirdiyi fikirlər arasında regionumuzda baş verən tarixi dəyişikliklər və sülh quruculuğu prosesi xüsusi yer tutdu. Dövlət başçısı haqlı olaraq vurğuladı ki, Azərbaycan uzun illər Ermənistanın işğalçılıq siyasəti nəticəsində ağır problemlərlə, o cümlədən mədəni irsin dağıdılması, qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalmışdı. Lakin ölkəmiz özünün hərbi-siyasi gücü, xalqımızın birliyi və Ali Baş Komandanın qətiyyəti sayəsində BMT Təhlükəsizlik Şurasının məşhur qətnamələrini özü icra edərək ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Bu tarixi qələbə təkcə Azərbaycanın hərbi zəfəri deyil, həm də beynəlxalq hüququn və ədalətin təntənəsi idi. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, müharibə artıq gerçəkdə qaldı və Azərbaycan regionda yeni reallıqlar yaratdı. İndi əsas vəzifə bu yeni reallıqlar çərçivəsində Cənubi Qafqazda uzunmüddətli, dayanıqlı sülhün və təhlükəsizliyin qurulmasıdır. Azərbaycan işğaldan azad edilmiş torpaqlarda həyata keçirdiyi miqyaslı bərpa və quruculuq işləri ilə yanaşı, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində də ardıcıl addımlar atır. Dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, Azərbaycan bölgədə gələcək qarşıdurmaların deyil, əməkdaşlığın, nəqliyyat və kommunikasiya xətlərinin açılmasının, sərhədlərin delimitasiya olunmasının tərəfdarıdır. Mədəniyyətlərarası dialoq forumunun Bakıda keçirilməsi də onu göstərir ki, Azərbaycan dağıdılmış irsin bərpasına və sülh mədəniyyətinin təşviqinə xüsusi önəm verir. İşğal dövründə erməni vandallığı nəticəsində dağıdılmış yüzlərlə məscid, tarixi abidə, muzey və mədəniyyət ocaqları bu gün dövlətimiz tərəfindən böyük sevgi və peşəkarlıqla yenidən bərpa edilir. Prezident çıxışında bu dağıntıların miqyasını qonaqların diqqətinə çatdıraraq mədəni irsin qorunmasının hər bir xalqın müqəddəs borcu olduğunu vurğuladı. Azərbaycan hər zaman sülhsevər siyasət yürüdərək qonşu dövlətlərlə normal münasibətlər qurmağa hazır olduğunu nümayiş etdirmişdir. Lakin bu sülh qarşılıqlı hörmət, ərazi bütövlüyünün tanınması və beynəlxalq hüquq prinsiplərinə əsaslanmalıdır. Forum iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı quruculuq işlərini və “ağıllı şəhər”, “ağıllı kənd” layihələrini böyük maraqla qarşıladılar. Dövlət başçısının uzaqgörən siyasəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, əməkdaşlıq və inkişaf regionuna çevrilməkdədir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələr bütün region xalqlarının rifahına xidmət edir. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ölkəmizin suverenliyini və təhlükəsizliyini tam şəkildə təmin etmişdir. Bu gün Azərbaycan regionda söz sahibinə çevrilərək qlobal proseslərə təsir göstərən əsas güc mərkəzlərindən biridir. Sülh quruculuğu prosesində göstərilən bu siyasi iradə Azərbaycanın sülhsevər xarakterini bir daha nümayiş etdirir. Beləliklə, tarixi ədalətin bərpası Azərbaycan xalqının qürur mənbəyi olmaqla yanaşı, həm də gələcək nəsillər üçün sülh içində yaşamaq imkanı yaradır. Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycan haqlı və ədalətli mövqeyindən heç vaxt geri çəkilməyəcək və regionda dayanıqlı sülhün qarantı olacaqdır.

Qəhrəman Qasımov,
Nizami rayon fəalı, Qarabağ veteranı

Oxşar Xəbərlər

Back to top button