
Azərbaycanın 8 Noyabr Zəfəri xalqımızın yaddaşında böyük sevinc və qürur hissiilə yanaşı, dərin ehtiram və minnətdarlıq duyğuları da yaradır. Çünki bu qələbəninarxasında Vətən uğrunda həyatını fəda etmiş qəhrəmanlarımızın misilsizfədakarlığı dayanır. Şəhidlərimizin qanı ilə yazılan zəfər salnaməsi millitariximizin ən müqəddəs səhifələrindən biridir. Onların göstərdiyi igidlikAzərbaycan dövlətinin və xalqının yaddaşında daim yaşayacaq.
Vətən müharibəsi zamanı Azərbaycan əsgər və zabitləri torpaqlarımızın azadlığıuğrunda böyük əzmkarlıq nümayiş etdirdilər. Onlar ağır döyüş şəraitində beləqarşıya qoyulmuş məqsəddən geri çəkilmədilər, milli ləyaqətimizi və dövlətimizinsuverenliyini qorumaq üçün həyatlarını təhlükəyə atdılar. Şəhidlərimizin hərbirinin həyat yolu Vətənə sevginin, vətəndaşlıq borcunun və mənəvi ucalığınnümunəsidir. Onların qəhrəmanlığı gələcək nəsillər üçün örnək olaraq qalacaq.
Şəhidlərin xatirəsini yaşatmaq yalnız anım mərasimlərində iştirak etməkdən ibarətdeyil. Bu, onların uğrunda can verdiyi dəyərləri qorumaq, müstəqil dövlətimizimöhkəmləndirmək, milli birliyimizi gücləndirmək və ölkəmizin inkişafına töhfəvermək deməkdir. Hər bir vətəndaş gündəlik fəaliyyətində məsuliyyətlidavranmaqla, qanunlara hörmət etməklə, peşəkar biliklərini artırmaqla vəcəmiyyətə fayda verməklə şəhidlərimizin əmanətinə sahib çıxa bilər.
Dövlət tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqətsosial siyasətin mühüm istiqamətidir. Şəhid ailələrinin rifahının yaxşılaşdırılması, qazilərin reabilitasiyası, məşğulluq imkanlarının genişləndirilməsi və onlarıncəmiyyət həyatında fəal iştirakının dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Butədbirlər insan amilinə verilən dəyəri, Vətən uğrunda fədakarlıq göstərmiş şəxslərəqarşı mənəvi borcun dövlət səviyyəsində də ifadə olunduğunu göstərir.
8 Noyabr – Zəfər Günü qeyd edilərkən hər bir Azərbaycan vətəndaşı qələbəninqəhrəmanlarını dərin ehtiramla xatırlayır. Şəhidlərimizin adı, göstərdikləri cəsarətvə Vətən sevgisi xalqımızın milli yaddaşında əbədi yaşayacaq. Onların fədakarlığıilə əldə edilmiş tarixi nailiyyətlər Azərbaycanın gələcək inkişafına istiqamət verir. Bu müqəddəs xatirəni qorumaq və gələcək nəsillərə çatdırmaq isə hamımızınmənəvi məsuliyyətidir.
Təhmasib Məmmədova,
YAP Xətai rayon təşkilatının fəalı



