AnalitikaGündəmSiyasət

Zəfərdən doğan milli qürur və dövlətçilik əzmi

Azərbaycanın müasir tarixində 8 Noyabr – Zəfər Günüxüsusi yer tutur. Bu tarix xalqımızın milli qürurununyüksəldiyi, dövlətimizin qüdrətinin vəmüstəqilliyimizin möhkəmləndiyi əlamətdar gündür. Azərbaycan xalqı uzun illər ərzində öz doğmatorpaqlarının azadlığına inanıb, bu arzunu gələcəknəsillərə ötürüb. 2020-ci ildə əldə edilən tarixi qələbəhəmin inamın, səbrin və mübarizə əzminin təntənəsioldu. Zəfər Günü Azərbaycan dövlətinin tarixində yenimərhələnin başlanğıcını qoydu və ölkəmizin gələcəkinkişafı üçün mühüm zəmin yaratdı.

Azərbaycan Ordusunun Vətən müharibəsindəqazandığı uğurlar dövlətimizin hərbi qüdrətinin, düzgün müəyyənləşdirilmiş inkişaf strategiyasının vəgüclü ordu quruculuğunun nəticəsi idi. Müzəffər AliBaş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzmüasir döyüş taktikasını, yüksək peşəkarlığını vəqəhrəmanlığını nümayiş etdirdi. 44 gün ərzində əldəolunan tarixi nailiyyətlər Azərbaycanın beynəlxalqaləmdə mövqelərini daha da gücləndirdi. Bu qələbəxalqımızın milli maraqlarının qorunması, dövlətsuverenliyinin və ərazi bütövlüyünün təmin edilməsibaxımından müstəsna əhəmiyyət daşıdı.

Zəfərimizin mənəvi təməlində Azərbaycan xalqınınbirliyi və şəhidlərimizin müqəddəs fədakarlığı dayanır. Vətən uğrunda canından keçən igidlərimizin xatirəsidövlətimizin və xalqımızın yaddaşında daimyaşayacaq. Onların qəhrəmanlığı gələcək nəsillərəötürülən ən böyük mənəvi mirasdır. Bu gün ölkəmizdəşəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi dövlətsiyasətinin mühüm istiqamətlərindən biridir. Qəhrəmanlarımızın fədakarlığını unutmamaq vəonların əmanətinə sahib çıxmaq hər birimizinvətəndaşlıq borcudur.

Zəfər Günü dövlətçilik ənənələrimizin, millihəmrəyliyimizin və gələcəyə yönəlmişməqsədlərimizin təcəssümüdür. Bu gün Azərbaycanregionun aparıcı dövlətlərindən biri kimi öz inkişafyolunu inamla davam etdirir. Azad edilmiş ərazilərdəhəyata keçirilən layihələr, iqtisadi və sosialinfrastrukturun qurulması, yeni yaşayış məntəqələrininyaradılması qələbənin real nəticələridir. Biz bu tarixiuğuru qorumaq, dövlətimizin gücünü artırmaq və millibirliyimizi möhkəmləndirmək üçün daim çalışmalıyıq. Zəfərimiz xalqımızın yaddaşında əbədi yaşayacaq vəAzərbaycanın gələcək uğurlarına ilham verəcək.

Orxan Ələkbərov,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button