GündəmSosial

Vətən müharibəsi şəhidi Namiq Rəhbər oğlu Cavadovun xatirəsi anılıb

7 noyabr 2026-cı il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi, leytenant Cavadov Namiq Rəhbər oğlunun məzarı ziyarət edilib.

Aktualinfo Media Qrup xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvləri və yaxınları, Nizami Rayon İcra Hakimiyyəti, YAP Nizami rayon təşkilatı və Nizami Bələdiyyəsinin əməkdaşları iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Namiq Cavadov 25 oktyabr 2020-ci il tarixində Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Oxşar Xəbərlər

Back to top button