AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Arxa Cəbhənin Qəhrəmanları: Milli Həmrəylik Nümunəsi

Vətən müharibəsində qazanılan Zəfər təkcə səngərdə döyüşən əsgərlərin deyil, həm də arxa cəbhədə gecə-gündüz çalışan milyonlarla insanın ortaq qələbəsidir. Müharibənin ilk günündən etibarən bütün ölkə vahid bir orqanizm kimi fəaliyyət göstərərək ordunun təminatına səfərbər oldu. İnsanlar könüllü şəkildə cəbhəyə dəstək kampaniyalarına qoşulur, hər cür yardım göstərirdilər.

Həkimlərimiz, tibb bacılarımız cəbhə xəttinə yaxın ərazilərdə və hospitallarda yaralı əsgərlərimizin həyatını xilas etmək üçün fədakarlıqla çalışdılar. Eyni zamanda, rabitəçilər, energetiklər, nəqliyyat işçiləri və jurnalistlər öz peşə borclarını ən çətin şəraitdə yerinə yetirərək arxa cəbhənin sabitliyini təmin etdilər. Hər bir vətəndaş öz sahəsində qələbə üçün əlindən gələni etdi.

Düşmənin Gəncə, Bərdə, Tərtər və digər dinc şəhərlərimizə raket hücumları belə xalqımızın əzmini qıra bilmədi. Əksinə, bu terror aktları cəmiyyəti daha da sıx birləşdirdi və qələbəyə olan inamı artırdı. Dinc sakinlər öz doğma yurdlarını tərk etməyərək ordumuza mənəvi dayaq oldular.

Arxa cəbhənin bu misilsiz fədakarlığı tariximizdə əsl milli həmrəylik nümunəsi kimi qalacaqdır. Xalqın orduya olan sonsuz sevgisi və dəstəyi Zəfər Gününün əsas sütunlarından birini təşkil etdi. Bu birlik sayəsində Azərbaycan bütün sınaqlardan alnıaçıq çıxdı.

Cabir Hacıyev,
YAP Nizami rayon təşkilatının “Azər Manafov küçəsi, 1” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button