Şuşa – Azərbaycanın Əbədi Zəfər və Qürur Zirvəsi

2020-ci ilin noyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şuşa Zəfəri Azərbaycan xalqının çoxəsrlik tarixində yeni, parlaq və qürurlu bir dövrün təməlini qoydu. Şuşa şəhərinin işğaldan azad edilməsi xalqımızın iradəsinin, ordumuzun qüdrətinin və birliyinin zirvəsi kimi tarixə yazıldı.
Bu gün azad Şuşa dalğalanan üçrəngli bayrağı, bərpa olunan məscidləri, musiqi səsləri və abad küçələri ilə Azərbaycanın gücünü və tərəqqisini bütün dünyaya nümayiş etdirir. Hər bir azərbaycanlı üçün Şuşa sözü artıq sadəcə coğrafi məkan deyil, milli ləyaqətin və qələbənin ali simvoludur.
Gələcək nəsillər üçün ən qiymətli miras olan Şuşa Zəfəri xalqımızın qəlbində əbədi yaşayacaq və Azərbaycanın əbədi suverenliyinin sönməz məşəli olaraq parlayacaqdır.
Şuşa həmişə azad, əzəmətli və qüdrətli Azərbaycanın baş tacı olaraq əbədi yaşayacaqdır.
Sədaqət Hacıyeva,
YAP Nizami rayon təşkilatının mühasibi



