
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın şanlı tarixi, mədəni irsi və azadlıq amalının ən uca təcəssümüdür. Üçrəngli bayrağımız dövlətimizin suverenliyini, müstəqilliyini və qüdrətini nümayiş etdirən əsas atributlarımızdandır. Hər bir xalqın özünəməxsus rəmzləri olduğu kimi, bizim bayrağımız da milli kimliyimizin və qürurumuzun əbədi ünvanıdır.
Tarixən müxtəlif sınaqlardan keçən bu müqəddəs rəmz xalqımızın azadlıq uğrunda apardığı mübarizənin ayrılmaz hissəsinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq həm də keçmişlə bu günümüzü birləşdirən mənəvi körpüdür. Xalqımız bu bayraq altında hər zaman birləşərək çətinliklərin öhdəsindən gəlmişdir.
Bu gün ölkəmizin hər bir guşəsində dalğalanan üçrəngli bayraq vətəndaşlarımızda dərin qürur və sevgi oyadır. Dövlət Bayrağı Günü xalqımızın öz tarixinə, milli dəyərlərinə və dövlətçiliyinə olan sadiqliyinin növbəti təzahürüdür. Hər il bu bayram böyük təntənə və ruh yüksəkliyi ilə qeyd olunur.
Üçrəngli bayrağımızın uca zirvələrdə dalğalanması hər bir azərbaycanlının ən böyük mənəvi sərvətidir. O, gələcək nəsillərə ötürüləcək ən qiymətli miras kimi əbədi olaraq səmalarda dalğalanacaqdır. Azərbaycan bayrağı bizim sülh, tərəqqi və ədalət ideallarımızın sarsılmaz simvoludur.
Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının “Ə.Kürçaylı küçəsi, 17” ərazi partiya təşkilatının sədr müavini



