AnalitikaGündəmSiyasət

Strateji tərəfdaşlıq münasibətlərinin yeni perspektivləri

Beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin möhkəmlənməsi yalnızdiplomatik təmasların intensivliyi ilə ölçülmür. Tərəfdaşlıq ortaq maraqlarınmüəyyənləşdirilməsi, qarşılıqlı etimadın qorunması və bu münasibətlərin konkret əməkdaşlıqmexanizmləri ilə möhkəmləndirilməsi sayəsində formalaşır. Azərbaycan Respublikası ilə BöyükBritaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında 12 noyabr 2026-cı ildə Dublin şəhərində qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə məhz belə biryanaşmanın mühüm siyasi ifadəsidir. Sənəd iki ölkə arasında uzun illər ərzində qurulmuşəlaqələri yeni məzmunla zənginləşdirir, əməkdaşlığın prioritetlərini müəyyən edir vəmünasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə ortaq siyasi iradəni təsbit edir.

Bəyannamənin əhəmiyyətini xarakterizə etmək üçün Azərbaycan–Britaniyamünasibətlərinin keçdiyi yola nəzər salmaq vacibdir. Müstəqilliyin bərpasından sonraAzərbaycan xarici siyasətində etibarlı tərəfdaşlarla əlaqələrin qurulmasına, ölkənin iqtisadipotensialının beynəlxalq əməkdaşlığa cəlb edilməsinə və milli maraqların beynəlxalq müstəvidəmüdafiəsinə xüsusi diqqət yetirib. Böyük Britaniya ilə münasibətlər də bu xətt üzrə inkişaf edib.1994-cü il tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il tarixliDostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin hüquqi-siyasi əsaslarının formalaşmasında mühüm mərhələlər olub. 2026-cı il sənədi həmin təcrübəyəvə uzunmüddətli münasibətlərə söykənir.

Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməninqəbul edilməsi, ilk növbədə, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən xarici siyasətkursunun, ardıcıl diplomatik fəaliyyətinin mühüm nəticəsi kimi dəyərləndirilməlidir. Dövlətbaşçısının beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi, nüfuzlu dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirdiyiməqsədyönlü siyasət bu sənədin meydana gəlməsi üçün əlverişli siyasi zəmin yaradıb. Cənab Prezident İlham Əliyevin şəxsi diplomatik təşəbbüsləri, beynəlxalq platformalarda nümayişetdirdiyi prinsipial mövqe və milli maraqlara əsaslanan siyasi strategiyası Azərbaycanın etibarlıtərəfdaş kimi mövqeyini daha da gücləndirib. Xüsusilə Böyük Britaniya kimi nüfuzlu dövlətləmünasibətlərin yeni mərhələyə yüksəldilməsi ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarınıngenişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın zəngin enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi və Avropa ilə Asiyanıbirləşdirən nəqliyyat-kommunikasiya imkanları ölkəmizi beynəlxalq iqtisadi əməkdaşlığınmühüm iştirakçısına çevirib. Bəyannamənin mətni göstərir ki, tərəflər münasibətləri dahagenişləndirərək iqtisadiyyatın şaxələndirilməsi, bərpaolunan enerji, infrastruktur, xidmətlər, təhsil, elm və innovasiya kimi sahələri də qarşılıqlı fəaliyyətin prioritetləri sırasına daxil edir.

Sənədin birinci əsas istiqaməti müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Tərəflərregional sülh və sabitliyə töhfə vermək, ümumi təhdidlərin qarşısını almaq və onlara cavabvermək imkanlarını gücləndirmək niyyətlərini bildirirlər. Bu çərçivədə yüksək səviyyəlitəmasların davam etdirilməsi, ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanındərinləşdirilməsi nəzərdə tutulur. Müdafiə sahəsində təlim, potensialın artırılması və qarşılıqlıfəaliyyət qabiliyyətinin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə müdafiə sənayesiəməkdaşlığı imkanlarının araşdırılması sənəddə əksini tapıb.

İkinci əsas istiqamət ticarət, investisiya və iqtisadi artımla bağlıdır. Sənəddə ikitərəfli ticarətvə investisiya əlaqələrinin genişləndirilməsi, dayanıqlı və şaxələndirilmiş iqtisadi inkişafıntəşviqi ortaq məqsəd kimi müəyyən edilir. Uzunmüddətli kommersiya tərəfdaşlıqlarınınyaradılması, bilik və təcrübə mübadiləsi, prioritet sektorlarda biznes əlaqələrinin inkişafı buməqsədə çatmağın vasitələri kimi göstərilir. Bərpaolunan enerji, infrastruktur və xidmətlərxüsusi diqqət ayrılan sahələr sırasındadır.

Bu kontekstdə Orta Dəhlizin inkişafına verilən önəm xüsusi qeyd olunmalıdır. Azərbaycancoğrafi mövqeyinə görə Şərq–Qərb nəqliyyat əlaqələrinin mühüm halqalarından biridir. OrtaDəhliz üzrə daşımaların və infrastruktur imkanlarının inkişafı beynəlxalq ticarətin marşrutlarınıəlaqələndirir, yükdaşımaların səmərəliliyini artırır və region ölkələri arasında iqtisadi bağlılığıgücləndirir. Bəyannamədə tərəflərin Orta Dəhlizin, eləcə də sərhədlərarası ticarət vəinvestisiyanı asanlaşdıran nəqliyyat, logistika və infrastruktur layihələrinin inkişafınıdəstəkləmək niyyəti ifadə olunur. Bu, Azərbaycanın tranzit və logistika potensialının daha genişbeynəlxalq əməkdaşlıq müstəvisində dəyərləndirilməsi üçün əlavə imkanlar yarada bilər.

Üçüncü əsas istiqamət təhsil, elm və innovasiyadır. Müasir iqtisadiyyatların rəqabətqabiliyyəti təbii resurslardan və istehsal gücündən deyil, həm də insan kapitalından, elmibiliklərdən və texnoloji yeniliklərdən asılıdır. Sənəddə universitetlər, elmi-tədqiqat müəssisələrivə sənaye sektoru arasında tərəfdaşlıqların təşviqi, rəqəmsallaşma, yeni texnologiyalar üzrətəcrübə mübadiləsi də yer alır. Süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti ilə bağlıbiliklərin paylaşılması xüsusi olaraq qeyd edilir.

Bəyannamənin mühüm cəhətlərindən biri də onun icrasının davamlı izlənməsi üçün illikStrateji Tərəfdaşlıq görüşünün keçirilməsinin nəzərdə tutulmasıdır. Belə görüşlərdə sənədin üçəsas istiqaməti üzrə əldə olunan irəliləyiş nəzərdən keçiriləcək, gələcək əməkdaşlığın prioritetlərimüəyyənləşdiriləcək və praktiki davam tədbirləri razılaşdırılacaq. Bu yanaşma tərəfdaşlığınardıcıl və nəticəyönümlü xarakter daşımasına xidmət edə bilər.

Azərbaycan–Böyük Britaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsiölkəmizin çoxşaxəli xarici siyasətinin və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsixəttinin növbəti ifadəsi kimi qiymətləndirilə bilər. Bəyannamənin əhatə etdiyi sahələrinmüxtəlifliyi iki ölkənin münasibətlərə yalnız cari siyasi və iqtisadi maraqlar prizmasından deyil, uzunmüddətli inkişaf perspektivindən yanaşdığını göstərir. Müdafiə və təhlükəsizlik, ticarət vəinvestisiya, təhsil və innovasiya istiqamətlərinin vahid çərçivədə birləşdirilməsi tərəfdaşlığınkompleks xarakterini müəyyən edir.

12 noyabr 2026-cı ildə Dublində qəbul edilmiş Birgə Bəyannamə Azərbaycan ilə BöyükBritaniya arasında münasibətlərin gələcək inkişafı üçün mühüm siyasi istiqamət və əməkdaşlıqçərçivəsi yaradır. Onun əsas dəyəri iki ölkənin uzunmüddətli əlaqələrini qarşılıqlı hörmət, ortaqmaraqlar və praktiki əməkdaşlıq prinsipləri əsasında daha yüksək səviyyəyə daşımaq niyyətindəifadə olunur. Bu sənəd Azərbaycan üçün yeni iqtisadi, texnoloji və diplomatik imkanlarıngenişlənməsi baxımından əhəmiyyətli perspektivlər açır.

Nemət Məmmədov,
“Ayna Sultanova 5” ərazi partiya təşkilatının sədr müavini, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi

Oxşar Xəbərlər

Back to top button