AnalitikaGündəmSiyasət

Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimaliİrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıqhaqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındamünasibətlərin inkişafında mühüm siyasi və diplomatik hadisəolmaqla, qarşılıqlı əlaqələrin yeni mərhələyə yüksəldilməsinəxidmət edir. Bu sənəd siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlıetimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrinşaxələndirilməsi və əməkdaşlığın müasir dövrün çağırışlarınauyğun istiqamətlər üzrə genişləndirilməsi baxımından xüsusiəhəmiyyət daşıyır. Azərbaycanın müstəqil xarici siyasətkursuna, milli maraqların qorunmasına, dövlət suverenliyinə vəbeynəlxalq hüququn prinsiplərinə əsaslanan diplomatikfəaliyyəti müxtəlif dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıqmünasibətlərinin inkişafına möhkəm zəmin yaradır. BöyükBritaniya ilə strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldilməsidə ölkəmizin beynəlxalq əməkdaşlıq coğrafiyasınıngenişlənməsinin və qlobal proseslərdə artan rolunun mühümgöstəricilərindən biridir.

Azərbaycan və Böyük Britaniya arasında münasibətlər uzunillər ərzində siyasi dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlımaraqlar əsasında formalaşmışdır. Xüsusilə enerji sektorundahəyata keçirilən birgə layihələr iki ölkə arasında iqtisadiəlaqələrin inkişafına, Azərbaycanın beynəlxalq enerjibazarındakı mövqeyinin möhkəmlənməsinə və Avropanın enerjitəhlükəsizliyinə töhfə vermişdir. Yeni Bəyannamə isə mövcudəməkdaşlıq təcrübəsinin daha da genişləndirilməsini, ənənəviistiqamətlərlə yanaşı, rəqəmsallaşma, innovasiya, süni intellekt, kibertəhlükəsizlik, təhsil, elm, müdafiə və bərpaolunan enerjikimi sahələrdə yeni imkanların yaradılmasını nəzərdə tutur. Bu, Azərbaycan-Böyük Britaniya münasibətlərinin yalnız bugünküiqtisadi və siyasi maraqlara deyil, həm də uzunmüddətli stratejihədəflərə əsaslandığını göstərir.

Sənədin mühüm istiqamətlərindən biri regional sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması məsələsidir. Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə vəbeynəlxalq hüququn fundamental prinsiplərinə hörmətin əsasgötürülməsi dövlətlərarası münasibətlərin qarşılıqlı etimad vəhüquqi bərabərlik əsasında qurulmasının vacibliyini bir daha önplana çıxarır. Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi, dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi vənəqliyyat-kommunikasiya xətlərinin inkişafı regionun gələcəkinkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın irəlisürdüyü regional əməkdaşlıq təşəbbüsləri ölkəmizin yalnız özmilli maraqlarını deyil, bütövlükdə regionda təhlükəsizliyin vəiqtisadi tərəqqinin təmin olunmasını hədəflədiyini nümayişetdirir.

Strateji tərəfdaşlığın digər mühüm istiqaməti iqtisadimünasibətlərin şaxələndirilməsi, qarşılıqlı investisiyalarınartırılması və yeni biznes imkanlarının yaradılmasıdır. Azərbaycan son illərdə həyata keçirdiyi genişmiqyaslıinfrastruktur layihələri, iqtisadi islahatlar və əlverişli investisiyamühitinin formalaşdırılması istiqamətində atdığı addımlarlabeynəlxalq iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Böyük Britaniya ilə maliyyə, ticarət, sənaye, nəqliyyat vəlogistika sahələrində əlaqələrin genişləndirilməsi ölkəmiziniqtisadi potensialının daha səmərəli reallaşdırılmasına töhfəverə bilər. Xüsusilə Orta Dəhlizin inkişafı, Azərbaycanın tranzitimkanlarının genişləndirilməsi və Şərq-Qərb nəqliyyatəlaqələrindəki rolunun gücləndirilməsi baxımından buəməkdaşlıq mühüm perspektivlər vəd edir.

Enerji təhlükəsizliyi və yaşıl enerji keçidi də yeni tərəfdaşlıqmünasibətlərinin diqqət mərkəzində olan əsas məsələlərdəndir. Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunanenerji potensialının inkişafına, enerji səmərəliliyinin artırılmasınavə ətraf mühitin mühafizəsinə xüsusi önəm verir. Bu baxımdanBöyük Britaniya ilə yaşıl texnologiyalar, alternativ enerjimənbələri, aşağı karbon iqtisadiyyatı və ekoloji innovasiyalarsahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanındayanıqlı inkişaf strategiyasının həyata keçirilməsinə əlavəimkanlar yarada bilər. Enerji siyasətinin müasir tələblərəuyğunlaşdırılması ölkəmizin beynəlxalq enerji sistemindəmövqeyinin daha da möhkəmləndirilməsi baxımındanəhəmiyyətlidir.

Bəyannamədə elm, təhsil, innovasiya və insan kapitalınıninkişafı istiqamətlərinə verilən diqqət də xüsusi qeydolunmalıdır. Müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi yalnıztəbii sərvətlər və iqtisadi göstəricilərlə deyil, eyni zamanda elmipotensial, yüksək ixtisaslı kadrlar, texnoloji imkanlar vəinnovativ idarəetmə mexanizmləri ilə müəyyən edilir. BöyükBritaniyanın təhsil və elmi tədqiqat sahəsindəki təcrübəsindənyararlanmaq, ali təhsil müəssisələri arasında əlaqələrigenişləndirmək, mütəxəssislərin hazırlanması və ixtisasartırmaproqramlarını inkişaf etdirmək Azərbaycanın gələcək inkişafprioritetləri ilə uzlaşır. Bu əməkdaşlıq dövlət idarəçiliyindəmüasir yanaşmaların tətbiqinə, rəqəmsal transformasiyanınsürətləndirilməsinə və peşəkar insan resurslarınınformalaşdırılmasına da müsbət təsir göstərə bilər.

Digər tərəfdən, müdafiə və təhlükəsizlik sahəsindəəməkdaşlığın genişləndirilməsi, kadr hazırlığı, təcrübəmübadiləsi və institusional əlaqələrin inkişafı dəyişənbeynəlxalq təhlükəsizlik mühitində xüsusi əhəmiyyət daşıyır. Müasir dünyada təhlükəsizlik anlayışı artıq yalnız hərbi amillərləməhdudlaşmır, iqtisadi sabitlik, enerji təhlükəsizliyi, kibertəhlükəsizlik, ərzaq və su təhlükəsizliyi kimi stratejiməsələləri də əhatə edir. Bu baxımdan iki ölkə arasındamüxtəlif təhlükəsizlik istiqamətlərində təcrübə mübadiləsininaparılması qarşılıqlı əməkdaşlığın əhatə dairəsini genişləndirəbilər.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri vərolu son illərdə baş verən siyasi, iqtisadi və geosiyasi proseslərfonunda daha geniş müstəvidə müzakirə olunur. ÖlkəmizinŞərq ilə Qərb arasında etibarlı tərəfdaş və mühüm tranzitmərkəzi kimi çıxış etməsi, beynəlxalq enerji təhlükəsizliyinəverdiyi töhfə, regional təşəbbüslərdə fəal iştirakı və müxtəlifdövlətlərlə qarşılıqlı faydalı əlaqələr qurması Azərbaycanınxarici siyasətinin əsas xüsusiyyətlərini təşkil edir. BöyükBritaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə dəbu siyasətin davamı olaraq Azərbaycanın beynəlxalqəlaqələrinin daha geniş istiqamətlər üzrə inkişaf etdirilməsi üçünyeni əməkdaşlıq platforması formalaşdırır.

Bununla yanaşı, hər bir strateji tərəfdaşlığın əsl əhəmiyyətiimzalanmış sənədlərin siyasi və diplomatik məzmunu ilə yanaşı, onların praktiki nəticələrində öz əksini tapır. Razılaşdırılmışistiqamətlər üzrə konkret layihələrin həyata keçirilməsi, investisiya imkanlarının genişləndirilməsi, texnologiya və biliktransferinin təmin olunması, eləcə də qarşılıqlı iqtisadiəlaqələrin dərinləşdirilməsi bu tərəfdaşlığın səmərəliliyinimüəyyən edən əsas amillər olacaqdır. Bu baxımdan müntəzəmsiyasi dialoq, institusional əməkdaşlıq və əldə olunan nəticələrinardıcıl qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bütövlükdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya vəŞimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıqhaqqında Birgə Bəyannamə iki ölkə arasında münasibətləringələcək inkişaf istiqamətlərini müəyyənləşdirən, qarşılıqlıəməkdaşlıq imkanlarını genişləndirən və yeni perspektivləryaradan mühüm diplomatik sənəddir. Bu tərəfdaşlıqAzərbaycanın milli maraqlarına əsaslanan müstəqil siyasətinin, beynəlxalq əlaqələrinin şaxələndirilməsi strategiyasının vəqlobal əməkdaşlıq proseslərində fəal iştirakının əhəmiyyətini birdaha ön plana çıxarır. Əldə olunan razılaşmaların konkretnəticələrə çevrilməsi həm ikitərəfli münasibətlərin inkişafına, həm də iqtisadi, siyasi və regional əməkdaşlığınmöhkəmlənməsinə xidmət edə bilər. Strateji tərəfdaşlıq yalnıziki dövlət arasında bugünkü münasibətlərin deyil, həm dəgələcək nəsillər üçün formalaşdırılan iqtisadi, elmi, texnoloji vətəhlükəsizlik əməkdaşlığının mühüm əsaslarından biridir.

Çinarə Nəbiyeva,
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrəərazi partiya təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button