GündəmAnalitikaSiyasət

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Tağı İmamverdiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması və sonrakı inkişafı Heydər Əliyevin siyasi fəaliyyəti ilə sıx bağlıdır. Onun dövlətçilik təcrübəsi, siyasi baxışları və idarəçilik prinsipləri partiyanın ideoloji və təşkilati əsaslarının formalaşmasında mühüm rol oynamışdır.

Tədbirdə çıxış edən digər natiqlər – “Köçəsgər kənd” Ərazi Partiya Təşkilatının sədri Akim Namazov, Vurğun qəsəbə tam orta ümumtəhsil məktəbin müəllimi Nizami Alıyev, partiya fəalı Rüfət Axundov və Köçəsgər kənd tam orta ümumtəhsil məktəbin direktoru Gülnarə Musayeva bildiriblər ki, 21 Noyabr – Yeni Azərbaycan Partiyasının yaranma günü ölkənin siyasi tarixinin mühüm hadisələrindən birinin xatırlanması baxımından əhəmiyyət daşıyır. Həmin tarix Azərbaycan dövlətçiliyinin inkişaf mərhələlərini, siyasi təşkilatlanma təcrübəsini və müasir Azərbaycanın formalaşma prosesini öyrənmək üçün mühüm tarixi mənbədir.

Oxşar Xəbərlər

Back to top button