AnalitikaGündəmSiyasət

YAP-IN 34 İLLİK TARİXİ AZƏRBAYCANIN DÖVLƏTÇİLİK SALNAMƏSİDİR

Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti Azərbaycanın müstəqillik tarixinin mühüm siyasi mərhələlərini əhatə edir. 1992-ci ildə ölkənin mürəkkəb vəziyyətində yaradılan partiya milli dövlətçiliyin qorunması və siyasi sabitliyin təmin edilməsi məqsədini qarşıya qoydu. Həmin dövrdə cəmiyyətin güclü siyasi iradəyə və aydın inkişaf strategiyasına ehtiyacı var idi.

Partiyanın yaranması Ümummilli Lider Heydər Əliyevin rəhbərliyinə olan inamın siyasi ifadəsi idi. Azərbaycanın müxtəlif bölgələrindən olan ziyalılar və ictimaiyyət nümayəndələri ölkənin gələcəyinin təmin olunması naminə bir araya gəldilər. Bu təşəbbüs qısa müddətdə geniş ictimai dəstək qazandı.

Heydər Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynadı. Onun rəhbərliyi ilə ölkədə sabitliyin təmin edilməsi, dövlət institutlarının gücləndirilməsi və iqtisadi inkişafın əsaslarının yaradılması istiqamətində mühüm addımlar atıldı. Ulu Öndərin siyasi irsi müasir Azərbaycanın inkişafında əhəmiyyətli yer tutur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. İqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun yenilənməsi və müdafiə potensialının gücləndirilməsi Azərbaycanın gücünü artırdı. Bu siyasət tarixi Zəfərin əldə olunmasına aparan proseslərdə mühüm əhəmiyyət daşıyır

Bu gün Yeni Azərbaycan Partiyasının 34-cü ildönümü ölkəmizin keçdiyi inkişaf yolunu dəyərləndirmək üçün əlamətdar fürsətdir. Partiyanın fəaliyyəti milli maraqların qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi ilə səciyyələnir. Qarşıdakı dövrdə də əsas məqsəd Azərbaycanın qüdrətinin və xalqımızın rifahının yüksəldilməsidir.

Gülanə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 312” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button