AnalitikaDünyaGündəmSiyasət

Ho Şi Min və Azərbaycan: Tarixi ehtiramın ifadəsi

Ho Şi Min Vyetnam xalqının azadlıq mübarizəsinin və dövlətçilik tarixinin ən mühüm simalarından biridir. Onun 1959-cu ildə Bakıya səfəri Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişafında xüsusi mərhələ təşkil edib. Bu səfər iki xalq arasında qarşılıqlı hörmətin və dostluğun möhkəmlənməsinə mühüm töhfə verib.

Bakı həmin dövrdə dünyanın tanınmış neft mərkəzlərindən biri idi. Azərbaycan neft sənayesinin inkişafı, texniki imkanları və mütəxəssislərinin təcrübəsi beynəlxalq səviyyədə diqqət çəkirdi. Ho Şi Minin ölkəmizin neft sənayesi ilə maraqlanması Azərbaycanın iqtisadi potensialına verilən yüksək qiymətin göstəricisi idi.

Səfər zamanı yaranan maraq sonrakı illərdə Azərbaycan və Vyetnam arasında əməkdaşlığın genişlənməsinə zəmin yaradıb. Vyetnamlı mütəxəssislərin Azərbaycanda təhsil alması və neft sənayesi üzrə təcrübə qazanması bu münasibətlərin praktiki nəticələrindən biri olub.

Ho Şi Minin Bakı səfəri iki ölkənin tarixində yalnız diplomatik hadisə kimi deyil, həm də dostluğun mənəvi rəmzi kimi xatırlanır. Bu səfər xalqlar arasında qarşılıqlı anlayışın və əməkdaşlıq ruhunun inkişafına təkan verib.

Bu gün Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlığın inkişafı həmin tarixi ənənələrin davamıdır. Ho Şi Minin Bakı ilə bağlı xatirəsi iki xalqı birləşdirən dostluq körpüsünün mühüm hissəsi olaraq qalır.

Mürsəl Bəkirli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button