AnalitikaGündəmSiyasət

Ho Şi Minin Bakı səfərindən başlayan dostluq bu gün yeni əməkdaşlıq imkanları yaradır

Azərbaycanın beynəlxalq münasibətlər tarixində mühüm hadisələrdən biri də müxtəlif dövlətlərin rəhbərlərinin ölkəmizə səfərləri və bu səfərlərin yaratdığı dostluq əlaqələridir. Belə tarixi hadisələr xalqlar arasında qarşılıqlı hörmətin möhkəmlənməsinə, dövlətlər arasında etimad mühitinin formalaşmasına və gələcək əməkdaşlıq perspektivlərinin genişlənməsinə şərait yaradır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri də məhz bu baxımdan Azərbaycan tarixində xüsusi əhəmiyyətə malikdir.

Həmin səfər Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin inkişafında mühüm başlanğıc mərhələlərindən biri kimi yadda qalmışdır. Ho Şi Minin Bakıya gəlişi Azərbaycanın iqtisadi və sənaye potensialına, xüsusilə neft sektorunda əldə etdiyi nailiyyətlərə beynəlxalq marağın göstəricisi idi. O dövrdə Bakı zəngin neft yataqları, inkişaf etmiş sənaye infrastrukturu və peşəkar mütəxəssisləri ilə tanınırdı. Azərbaycan neftçilərinin fəaliyyəti ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, onun beynəlxalq nüfuzunun formalaşmasına da töhfə verirdi.

Ho Şi Minin siyasi fəaliyyəti Vyetnam xalqının azadlıq və müstəqillik mübarizəsi ilə ayrılmaz şəkildə bağlıdır. O, Vyetnamın dövlətçilik tarixində mühüm rol oynamış, milli birlik və suverenlik ideyalarının möhkəmlənməsinə xidmət etmişdir. Onun rəhbərliyi altında Vyetnam xalqı mürəkkəb tarixi mərhələlərdən keçərək öz dövlətçilik yolunu müəyyənləşdirmişdir. Bu baxımdan Ho Şi Minin Bakıya səfəri iki xalqın tarixi yaddaşında yalnız rəsmi görüş kimi deyil, həm də dostluq və qarşılıqlı ehtiramın təzahürü kimi yaşayır.

Azərbaycan xalqının digər xalqlarla dostluq münasibətlərinə verdiyi önəm ölkəmizin zəngin tarixi və mədəni ənənələrindən qaynaqlanır. Əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olan Azərbaycan qarşılıqlı hörmət və birgəyaşayış prinsipləri ilə seçilmişdir. Bu xüsusiyyətlər ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında da özünü göstərir. Vyetnamla münasibətlərin tarixi də Azərbaycan xalqının dostluğa və beynəlxalq həmrəyliyə verdiyi dəyərin nümunələrindən biridir.

Müstəqillik əldə edildikdən sonra Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biri müxtəlif regionlarla qarşılıqlı faydalı əlaqələrin qurulması olmuşdur. 23 sentyabr 1992-ci ildə Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlərin yaradılması bu baxımdan əlamətdar hadisədir. Bu addım iki ölkə arasında siyasi dialoqun genişlənməsinə, qarşılıqlı əlaqələrin hüquqi əsaslarının formalaşmasına və əməkdaşlıq imkanlarının artmasına şərait yaratmışdır.

Azərbaycan və Vyetnam arasında münasibətlərin inkişafı üçün iqtisadi sahədə böyük potensial mövcuddur. Azərbaycanın enerji sektorunda qazandığı təcrübə, beynəlxalq bazarlardakı mövqeyi və sənaye imkanları Vyetnamla əməkdaşlıq üçün əhəmiyyətli istiqamətlər yaradır. Eyni zamanda Vyetnamın istehsal, kənd təsərrüfatı və texnologiya sahələrində inkişafı Azərbaycan şirkətləri üçün yeni əməkdaşlıq perspektivləri formalaşdıra bilər. Qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi və investisiya imkanlarının artırılması iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə xidmət edə bilər.

Nəqliyyat və logistika sahəsi də Azərbaycan-Vyetnam əməkdaşlığının perspektivli istiqamətlərindəndir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında fəal iştirak edir. Xəzər dənizində yerləşən əlverişli coğrafi mövqeyi, beynəlxalq liman infrastrukturu, dəmir yolları və avtomobil magistralları ölkəmizin tranzit imkanlarını artırır. Bu potensial Asiya ölkələri ilə ticarət əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Vyetnamla iqtisadi münasibətlərin genişləndirilməsi də həmin imkanlardan səmərəli istifadə edilməsinə şərait yarada bilər.

Müasir dövrdə

Sahibə Orucova,
YAP Xətai rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button