AnalitikaGündəmSiyasət

Azərbaycan və Vyetnam: Ənənəvi dostluğun yeni geosiyasi üfüqləri

Beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin davamlılığı vəinkişafı, ilk növbədə, qarşılıqlı etimada, ortaq maraqlara və möhkəm tarixi təməllərəsöykənir. Azərbaycan ilə Vyetnam arasında formalaşmış münasibətlər də məhz buprinsiplər əsasında inkişaf edərək zamanın sınaqlarından çıxmış, dostluq vəəməkdaşlığın nümunəvi modelinə çevrilmişdir. İki xalq arasında onilliklər ərzindəyaranmış səmimi münasibətlər bu gün yeni geosiyasi və iqtisadi reallıqlar fonunda dahageniş məzmun qazanır, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı iltarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasındakımünasibətlərin keçdiyi tarixi yolu, mövcud əməkdaşlıq istiqamətlərini və gələcək inkişafperspektivlərini əhatə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısınınmüsahibədə səsləndirdiyi fikirlər Azərbaycan-Vyetnam əlaqələrinin yalnız siyasi vəiqtisadi maraqlarla məhdudlaşmadığını, eyni zamanda, dərin tarixi və humanitar bağlaraəsaslandığını bir daha nümayiş etdirir.

Bu münasibətlərin təməli 1959-cu ildə Vyetnam Demokratik RespublikasınınPrezidenti Ho Şi Minin Bakıya tarixi səfəri ilə qoyulmuşdur. Həmin səfər iki xalqarasında dostluq münasibətlərinin başlanğıcı olmaqla yanaşı, gələcək əməkdaşlığıninkişafına da mühüm zəmin yaratmışdır. 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevintəşəbbüsü və rəhbərliyi ilə sovet nümayəndə heyətinin Vyetnama səfəri isə əlaqələrininkişafında yeni mərhələnin əsasını qoymuşdur. Səfərin müddətinin səkkiz günə qədəruzadılması və ölkənin müxtəlif regionlarını əhatə etməsi Vyetnamla əməkdaşlığa verilənxüsusi əhəmiyyətin göstəricisi idi. Həmin dövrdə əldə olunan razılaşmalar Vyetnamiqtisadiyyatının inkişafına töhfə vermiş, uzunmüddətli tərəfdaşlığın istiqamətlərinimüəyyənləşdirmişdir.

Bu gün Azərbaycan-Vyetnam münasibətlərinin inkişaf dinamikası həmin möhkəmtarixi təməlin uğurlu davamıdır. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilkdövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavabsəfəri qarşılıqlı siyasi dialoqun genişlənməsinə mühüm töhfə vermişdir. Ötən ilin mayayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To LamınAzərbaycana dövlət səfəri və səfər çərçivəsində Strateji tərəfdaşlıq haqqında BirgəBəyannamənin imzalanması münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinitəmin etmişdir. Bu sənəd iki ölkənin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı daha dadərinləşdirmək niyyətinin konkret ifadəsidir.

Siyasi əlaqələrin möhkəmlənməsi iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsiüçün də əlverişli imkanlar yaradır. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasındaticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötüb keçməsi mövcud əməkdaşlığınmüsbət göstəricisidir. Bununla belə, dövlət başçısının da vurğuladığı kimi, bu rəqəmtərəflərin malik olduğu real potensialı tam əks etdirmir. Xüsusilə energetika, sənaye, kənd təsərrüfatı, investisiya və nəqliyyat-logistika sahələrində geniş əməkdaşlıqimkanları mövcuddur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Vyetnam MilliNeft və Qaz Şirkəti arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu buistiqamətdə mühüm addımlardan biridir. Sənəd neft-qaz yataqlarının kəşfiyyatı vəişlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində əməkdaşlığın inkişafınınəzərdə tutur.

Vyetnam biznes dairələrinin Azərbaycan iqtisadiyyatına artan marağı da ikitərəflimünasibətlərin perspektivlərindən xəbər verir. “ROX Group” şirkətinin tikinti, infrastrukturun inkişafı, günəş və külək enerjisi sahələrində layihələrin həyatakeçirilməsinə maraq göstərməsi, 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinciAzərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müvafiq sənədlərinimzalanması bu baxımdan diqqətəlayiqdir.

Əməkdaşlığın digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalqdəhlizlərdə artan rolu Vyetnamla Avropa arasında yükdaşımaların genişləndirilməsiüçün yeni imkanlar açır. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarınınhəcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondançox olması bu sahədə müsbət dinamikanı təsdiqləyir. Orta Dəhliz və Şimal-Cənubnəqliyyat dəhlizi vasitəsilə yükdaşımaların təşkili hər iki ölkə üçün iqtisadi səmərəliliyinartırılmasına və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsinə xidmət edə bilər.

Azərbaycan-Vyetnam münasibətlərinin özünəməxsus xüsusiyyətlərindən biri dəhumanitar əməkdaşlığın genişliyidir. Bu əlaqələr onilliklər ərzində təhsil, elm, mədəniyyət və xeyriyyəçilik sahələrində həyata keçirilən təşəbbüslərləmöhkəmlənmişdir. Heydər Əliyev Fondunun Vyetnamda reallaşdırdığı humanitarlayihələr, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstəkgöstərilməsi, təhsil proqramlarının təşviqi xalqlar arasında dostluq münasibətlərinindaha da dərinləşməsinə xidmət edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri çərçivəsində keçirilən görüşlər və həyata keçirilən təşəbbüslər dəbu əməkdaşlığın inkişafında mühüm yer tutur.

Təhsil sahəsində əlaqələrin tarixi isə xüsusilə zəngindir. Sovet dövründətəxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki ölkə arasındaformalaşmış elmi və akademik əlaqələrin miqyasını göstərir. Bu ənənələr bu gün dədavam etdirilir. Universitetlər arasında imzalanan tərəfdaşlıq müqavilələri, memorandumlar və təhsil qrantı proqramları gənc nəslin bilik və təcrübə mübadiləsiüçün yeni imkanlar yaradır. 2025-ci ildə Azərbaycan Dövlət Neft və SənayeUniversitetində Ho Şi Minin Memorial otağının açılması isə iki xalqın ortaq tarixinə vədostluq ənənələrinə verilən yüksək dəyərin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.

          Mədəniyyət sahəsində qarşılıqlı təşəbbüslər də xalqların bir-birini daha yaxından tanımasına və mənəvi yaxınlığın möhkəmlənməsinə töhfə verir. Azərbaycanda keçirilən Vyetnam Günləri, 2026-cı ildə ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə edən dördüncü festival, vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycan dilində nəşri mədəni dialoqun uğurlu nümunələridir. Hələ 1955-ci ildə bəstəkar Qara Qarayevin “Vyetnam süitası” əsərini yaratması, rejissor Əjdər İbrahimovun Vyetnam kinosunun inkişafına verdiyi töhfələr isə bu münasibətlərin mədəni köklərinin nə qədər dərin olduğunu göstərir. Eyni zamanda, Azərbaycanın 2024-cü ildə “Yaqi” fırtınasının, 2025-ci ildə isə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün Vyetnama maliyyə yardımı göstərməsi dostluğun yalnız xoş günlərdə deyil, çətin məqamlarda da özünü büruzə verdiyini təsdiqləyir.

Prezident İlham Əliyevin müsahibəsində diqqətə çatdırılan əsas məqamlardan biri də Azərbaycan və Vyetnamın yerləşdikləri regionlarda malik olduqları iqtisadi və strateji imkanları birgə əməkdaşlıq vasitəsilə daha da genişləndirmək potensialıdır. Cənubi Qafqazın mühüm logistika və energetika mərkəzlərindən biri olan Azərbaycan ilə Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkəsi Vyetnam arasında tərəfdaşlığın dərinləşməsi hər iki dövlətin beynəlxalq iqtisadi əlaqələrini genişləndirməsinə şərait yaradır.

Ümumilikdə, Azərbaycan ilə Vyetnam arasında münasibətlər tarixi dostluğun müasir dövrün çağırışlarına uyğun olaraq strateji tərəfdaşlığa çevrilməsinin uğurlu nümunəsidir. Bu əlaqələrin gələcək inkişafı üçün möhkəm siyasi iradə, qarşılıqlı etimad, iqtisadi potensial və zəngin humanitar təcrübə mövcuddur. Əminliklə demək olar ki, dövlətlərarası dialoqun ardıcıl şəkildə davam etdirilməsi və birgə təşəbbüslərin genişləndirilməsi Azərbaycan və Vyetnam xalqları arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək, hər iki ölkənin inkişafına və beynəlxalq əməkdaşlığına mühüm töhfələr verəcəkdir. 

Fuad Hüseynzadə,
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri

Oxşar Xəbərlər

Back to top button