Analitika

Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli ordumuz 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Ermənistanın 30 il ərzində yaratdığı işğalçı qüvvələri darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. Düşmənin ağ bayraq qaldırması ilə yanaşı uzun illərdir işğalda olan ərazilər də öz həqiqi sahiblərinə qayıtdı. “Məcburi köçkün” adı altında 30 ilə yaxın yaşamış soydaşlarımız artıq bu ağır yükdən xilas oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz, rəşadətli əsgərlərimiz erməni tapdağında qalan torpaqlarımızı azad etdi, xalqımıza tarixi zəfərdən doğan əvəzsiz qürur hissi yaşatdı. Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib. Bütövlükdə, hesab edirəm ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq, ondan da çox ola bilər. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını göstərdik, öz hərbi potensialımızı göstərdik deyə dövlət başçısı bildirib. Qazanmış olduğumuz parlaq Zəfərimiz bu gün işğaldan azadlığa qovuşmuş torpaqlarımızda yeni dönəmin yaranmasına səbəb olmuşdur. Artıq əzəli və əbədi torpaqlarımızda yeni quruculuq, yenidənqurma və bərpa işləri başlayıb. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bərpa olunacaq ərazilərdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi barədə öz fikirlərini bölüşdü. Bu isə dövlətimizin başçısı tərəfindən xalqımızın Qarabağın “ağıllı region” kimi inkişafı ilə bağlı istəklərinə cavab verməsi deməkdir. Zəngilan rayonunun Ağalı kəndində birinci “ağıllı kənd” layihəsinin icrasına başlanılması da xüsusi əhəmiyyətə malikdir. Yeni sənaye parkında müasir texnologiyalar əsasında bir çox məhsulların istehsalı nəzərdə tutulur ki, bu da ölkəmizdə müxtəlif məhsullara olan tələbatın ödənilməsi üçün çox vacibdir. Bütün bunlar iqtisadi inkişafımıza mühüm töhfə verəcəkdir.

Fərmin Quliyev,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button