Analitika

Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafı

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur.

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsi yüksəlmişdir. Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvanın qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaratmışdır.  Sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlər aparılır.

Bu günlərdə Azərbaycan Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı bu diyarın sosial-iqtisadi inkişafına daha da təkan olacaqdır. Son illərdə Naxçıvan Muxtar Respublikasında görülmüş işlər infrastruktur layihələrinin həyata keçirilməsinə, Naxçıvan Muxtar Respublikasında qazlaşdırmanın tam təmin edilməsinə, enerji təchizatının yaxşılaşdırılmasına, müasir yolların inşasına, sosial infrastruktur obyektlərinin tikintisinə  səbəb olub.

Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunandan sonra Orta Dəhlizin inkişaf prespektivlərini gündəmə gətirməklə ,Zəngəzur dəhlizinin açılmasını zəruri etmiş və Naxcıvanın tranzit potensialını genişləndirmişdir.Imkanlardan istifadə edərək Muxtar Respublikada iqtisadi inkişaf sûrətlənir,əhali işlə təmin olunur,sosial rifah halı yüksəlir və ekoloji təhlükəzlilik güclənir.Naxcıvanın sosial-iqtisadi inkişafı ilə bağlı kompleks proqramlar nəzərdə tutulur.

Naxcıvanın zəngin bərpa olunan enerji potensialı var,bu sahənin inkişafının ölkənin enerji təhlükəsizliyin gücləndirilməsinə və karbon emissiyasının azadılmasına tövhə vverəcəkdir.”Yaşıl enerji” ya kecid bu gün müasir dövrün əsas cağırışlarından biridir.Naxcıvan Muxtar Respublika və Şərqi Zəngəzur regionları da daxil olmaqla Azərbaycan zənqin bərpa olunan enerji potensialına malikdir. Yaşıl  enerji potensialının inkişafı ilə Azərbaycan qonşu ölkələri bərpa olunan enerji ilə təmin edə biləcək.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan rəhbərliyi çox uğurla, səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir”.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button