AnalitikaGündəmSiyasət

27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr “Qubadlı Şəhəri Günü”dür

Hər qaranlıq gecənin bir aydın səhəri var. 27 il az birvaxt deyil. Bu illər ərzində bütün Azərbaycanın ürəyiqan ağlayırdı. Amma prezidentimiz İlham Əliyevinkomandanlığı altında minlərlə qəhrəmanlarımızınşücaəti sayəsində biz də aydın bir səhərə çıxdıq.

  44 günlük Vətən müharibəsində Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzBərgüşad və Həkəri çaylarının qovuşduğu Qubadlışəhərini düşmən tapdağından azad etdi. Şəhərinişğaldan azad olunması ordumuzun digər stratejihədəflərə doğru irəliləməsini sürətləndirdi.

  İşğal dövründə Qubadlı şəhərinin özü və onunkəndləri vəhşicəsinə dağıdılmış, dini, tarixi, mədəniabidələr məhv edilmişdir.

  Amma Qubadlı azad olunduğu gündən yeni bir dövrbaşladı. Bu dövr bərpa və quruculuq dövrü idi.

  25 Oktyabr bir ərazinin azad olunması günü deyil, həm də qubadlıların öz dədə-baba torpaqlarına, doğma el-obasına qayıdışının müqəddəs tarixidir.

  Qubadlı bu gün sürətlə gözəlləşir, inkişaf edir. Burada yenidən qurulan yollar, körpülər, su və elektriksistemləri rayona gözəl və yeni həyat bəxş edir.

  Tariximizə yazılan 25 Oktyabr “Qubadlı Şəhəri Günü”   bizim əbədi bayramımızdır.

Nəzərova Səriyyə,
ADNSU-nun nəzdində Sənaye və TexnologiyaKollecinin Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button