AnalitikaGündəmSiyasət

31 Mart – Azərbaycanlıların soyqırımı

Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyasıermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onlarışirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılmasınəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadəedərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrindəsoydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımısiyasəti nəticəsində minlərlə günahsız azərbaycanlıvəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur.

Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgüyaradılmasına nail olmuşdular. Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması vəməhv edilməsi siyasətinin əsası qoyulmuşdur. Uydurma Böyük  Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər. Bakışəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdır. Yüzlərləyaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlıvəhşicəsinə qətlə yetirilmişdir.

“Böyük Ermənistan” xülyası ilə yaşayanermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlıamansızcasına qətlə yetirilib.

Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, ümumiyyətlə, 197 kənd dağıdılmış, sakinlərin bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşmüş, əmlakları talan olunmuş, evləri isə yerləyeksan edilmişdir.

1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərləmübarizəşüası altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı KommunasıBakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə qalxmışdır.

Azərbaycanlıların soyqırımından bəhs ediləndədaha çox 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində vəBakı quberniyasının müxtəlif bölgələrində, eləcə dəQarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə BakıSoveti qoşunlarının və daşnak erməni silahlıdəstələrinin azərbaycanlılara qarşı soyqırımınəticəsində rəsmi mənbələrə əsasən on minlərləsoydaşımız məhz etnik və dini mənsubiyyətinə görəqətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

1918-ci il martın 31-də Bakı şəhərindəazərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyunpartiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlılarıbolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqlarıməhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişdirlər. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə yazmışdır: Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinəsoxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngüilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdır.

Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçüpusquya salınaraq, son nəfərinədək qətləyetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlıöldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlıisə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətləyetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüşetmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir.

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan Azərbaycanlıların soyqırımı haqqında Fərmanla 1918-ci il martın 31-i Azərbaycanlıların soyqırımı günü elan edilmişdir.

Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel – may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımıməzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirəkompleksi 2013-cü il sentyabrın 18-də ucaldılıb.

31 mart soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğınlar uzun illər milli yaddaşdaağrılı iz buraxıb. Bu soyqırımının qisası Vətən müharibəsində Azərbaycanın tarixi yaddaşı və milli kimliyi baxımından dərin məna daşıyaraq hadisələriyalnız faciə kimi deyil, həm də ədalətin bərpası arzusu kimi nəsildən-nəslə ötürülməklə yerinə yetirdi. 2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi və bu hər kəs tərəfdən tarixi ədalətin bərpası kimi qiymətləndirildi. 31 Mart soyqırımı və Vətən müharibəsi fərqli dövrlərə aid olsa da, Azərbaycan tarixində bir-biri ilə mənəvi baxımdan bağlı hadisələr kimi dəyərləndirilir. Uzun illər boyu xalqın yaşadığı ağrı və ədalət axtarışı zəfərlə nəticələnmiş mübarizə ilə müəyyən mənada cavabını tapdı. Həm tarixi hadisələrin unudulmaması, həm də dövlətin gücü və xalqın birliyinin bu önəmi bird aha təsdiq etdi. Nəticə etibarilə, biri ağrı və itki ilə, digəri isə qələbə və bərpa ilə yadda qalan bu hadisələr Azərbaycan tarixinin mühüm və tamamlayıcı səhifələridir.

Afaq Sadıqova,
Bakı Dövət Universitetinin elmi işçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button