AnalitikaGündəmSiyasət

31 Mart Soyqırımı Azərbaycan xalqının tarixində qanla yazılmış bir səhifədir

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqın tarixi keçmişi ilə bağlı mənzərə  daha aydın göz önündə canlanır, illərlə gizli saxlanılan, arxivlərdə “qorunan”, susdurulan canlı-cansız dəlillər gec də olsa, özünün həqiqi qiymətini alır. Azərbaycan xalqına qarşı  tarix boyu törədilmiş, lakin naməlum səbəblərdən hüquqi qiymətini almamış SOYQIRIM da belə hadisələrdən biridir.

XX əsrin əvvəllərində mənfur erməni separatçıları azərbaycanlılara qarşı misli görünməmiş qanlı cinayətlərini həyata keçirirlər. Bakıdan başlanan vəhşilik Şamaxı, Quba, Salyan, Lənkəran, Qarabağ, Zəngəzur, Naxçıvan qəzalarını və Ermənistan ərazisindəki Azərbaycan kəndlərini də bürüyür.  Dinc əhali qanına qəltan olunur, qadın-uşaq, qoca-cavan fərq qoyulmadan işgəncə ilə öldürülür, kişilərin mənliyinə, qadınların namusuna, uşaqların məsumluğuna təcavüz edilir. Bakının böyük bir hissəsi xarabalığa çevrilir, məscidlər, ziyarətgahlar yandırılır, abidələr məhv edilir, yanğın məktəbləri, xəstəxanaları deyil, insanları da külə döndərir. Azərbaycan tarixinin 1905-1906-cı illər, 1918-ci ili tarixə qanla yazılır.

AXC dövründə 31 mart hadisələrinin tanınması istiqamətində  və həqiqətlərin dünyaya çatdırılması üçün istintaq komissiyası yaradılır, erməni cinayətləri araşdırılır, 31 Mart matəm günü kimi qeyd olunur.  Lakin bu addımı davam etdirmək mümkün olmur, AXC-nin süqutu mart soyqırımının hüquqi qiymətinin verilməsinə, dünyanı bu vəhşiliyi tanımasına mane olur. Bundan istifadə edən ermənilər Zəngəzur daxil olmaqla bir çox Azərbaycan torpaqlarını öz əraziləri elan edir və erməniləri orada yerləşdirirlər. 1948-ci ildən sonra isə azərbaycanlıların dədə-baba torpaqlarından deportasiya edilməsinə  nail olurlar. Faciə bundan sonra daha da dərinləşir; ermənilər vəhşiliklərini azərbaycanlıların adına yazır, maddi-mədəni irsin, memarlıq abidələrinin, ziyarətgahların, qəbir daşlarının belə özlərinə aid olduqlarını sübur etməyə çalışırlar. “Yazıq, bədbəxt erməni xalqı” obrazını formalaşdırmaq cəhdi erməniləri qondarma “erməni soyqırımı”nı uydurmaqdan da çəkindirmir, aprelin 24-nü özlərinin türklər tərəfindən  qətlə yetirildiyi gün kimi dünyaya tanıdırlar.

1918-ci il soyqırımı hüquqi qiymət verilmədiyinə görə 80-ci illərdə  Dağlıq Qarabağ konfliktinin ortaya atılması ilə davam edir. 1990-cı ilin yanvar olayları, Xocalı faciəsi erməni vəhşiliyinin növbəti planlı şəkildə həyata keçirilən tədbirləri olur və bunun bir səbəbi də təbii ki, 31 Mart soyqırımının siyasi-hüquqi cəhətdən tanınmaması idi.

Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermınistan SSR-dəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqnda”, 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanları, həmçinin dövlət başçısı İlham Əliyevin soyqırım günü ilə bağlı müraciətləri xalqın qan yaddaşının oyanmasına, tarixi keçmişimizə laqeydliyə, unutqanlığa son qoyulmasına xidmət edir. Ölkə Prezidentinin hər görüşü, hər çıxışı Azərbaycana qarşı soyqırım keçirən bədnam erməniləri  ifşa etmək,  soyqırım törədənləri, ona göz yumanları kəskin tənqid etmək, dünya xalqlarını erməni rəzalətinə, erməni riyakarlığına son qoymaq çağırışına hədəflənir. 31 Mart Soyqırımının davamı olaraq ağırlığına görə erməni vandalizminin başında dayanan Xocalı faciəsi  Ulu Öndərin  sayəsində dünyaya  tanıdıldı. Bəşəriyyət “Böyük Ermənistan” uğrunda  törədilən rəzalətin, vəhşiliyin, iyrəncliyin bir daha şahidi oldu.

Bu gün Azərbaycanın haqq səsinin dünyaya çatdırılması bu gün azərbaycanlı adını daşıyan, bu torpağın havasını udub suyunu içdiyi, təhsil aldığı, ailə qurduğu, ictimai həyatda status qazanan hər bir üzvünün, xüsusilə təhsil işçilərinin mənəvi borcu, vətəndaşlıq missiyasıdır. Orta ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrində 31 Mart Soyqırımı ilə bağlı  keçirilən tədbirlər, aparılan söhbətlər, elmi araşdırmalar və tədqiqatlar  tariximizin qaranlıq, qanla yazılmış bir səhifəsinin zehinlərdə yaratdığı  təsəvvürü dərinləşdirmək, bacardıqca həqiqətlərin üzə çıxarılmasına nail olmaqdır. Bir müəllim olaraq, bu gün qarşımızda duran əsas vəzifə Azərbaycan xalqına qarşı törədilən soyqırım haqqında  uşaqdan-böyüyə, gənc nəslə həqiqəti  çatdırmaq, onlara da milli yaddaş və milli təəssübkeşlik hisslərini formalaşdırmaq, bu soyqırıma siyasi-hüquqi qiymət verilməsində dövlətimizə dəstək olmaqdır.  Yəqin ki bir gün dünya, insanlıq erməni  adının və xislətinin təhlükə və ləkə olduğuna əmin olacaq  və Azərbaycan xalqına qarşı törədilən cinayətə, soyqırımına hüquqi qiymətini verəcək.

Günay Alıyeva,
Azərbaycan Dövlət Pedaqoji Universiteti

Oxşar Xəbərlər

Back to top button