AnalitikaGündəmSiyasət

ABŞ da Respublikaçılar və Azərbaycan dövləti.

Heydər Əliyev ilə Corc Buş (ata Buş — George H. W. Bush) arasında münasibətlər əsasən 1990-cı illərin əvvəllərinə təsadüf edir və bu, həm şəxsi, həm də siyasi səviyyədə maraqlı bir tarixə malikdir. Heydər Əliyev 1982–1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi. Bu illərdə o, yüksək səviyyəli beynəlxalq görüşlərdə iştirak edirdi. ABŞ-ın vitse-prezidenti olan Corc Buş da SSRİ ilə diplomatik və iqtisadi məsələlər üzrə əlaqələrdə aktiv idi. Onların ilk tanışlığı məhz bu dövrdə baş verib — müxtəlif rəsmi görüşlərdə. Müstəqillik dövründə isə əlaqələr 1993-cü ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə yenidən gəldikdən sonra başladı. Ulu öndər ABŞ-la əlaqələri gücləndirməyə çalışırdı. Həmin dövrdə artıq ata Buş prezidentlikdən getmişdi (1993-cü ilin yanvarında vəzifəsini Demokratlardan olan Bill Klintona təhvil vermişdi), amma ABŞ siyasi elitasında böyük nüfuza malik idi.

Heydər Əliyev, xüsusən enerji layihələri (BTC — Bakı-Tbilisi-Ceyhan neft kəməri) və Xəzər dənizi resurslarının beynəlxalq bazarlara çıxarılması məsələlərində ABŞ-ın dəstəyini qazanmaq üçün Buş ailəsi ilə isti münasibət saxlayırdı. Şəxsi dostluqda Ata Buş 1990-cı illərin ortalarında müxtəlif beynəlxalq forumlarda Heydər Əliyevlə görüşüb. Onların münasibətləri rəsmi protokoldan kənar olaraq da hörmət və səmimiyyət üzərində qurulmuşdu. ABŞ mediasında və Azərbaycanın rəsmi xronikasında qeyd olunur ki, Buş Əliyevi “güclü lider” və “çətin geosiyasi şəraitdə balans ustası” kimi xarakterizə edirdi. Əliyev isə Buşu “dünya siyasətini dərindən bilən, praqmatik siyasətçi” kimi qiymətləndirirdi. Bu dostluq, xüsusən enerji diplomatiyasında ABŞ-ın Azərbaycan layihələrinə marağının artmasına təsir göstərdi.

ABŞ neft şirkətlərinin 1994-cü ildə “Əsrin müqaviləsi”nə qoşulması üçün yaradılan əlverişli siyasi mühitdə Buş ailəsinin nüfuzu mühüm rol oynayıb. Müstəqillik dövründən sonra Azərbaycan respublikası ilə ABŞ arasında siyasi və iqtisadi əməkdaşlıq öz axarında davam edirdi, ABŞ ilə Azərbaycan respublikası ilə ən isti münasibətlər ABŞ nın Respublikaçılar dan olan prezidentləri daha böyük töhvə vermişdi. Məhz Ata Buş Respublikaçılar partiyaslndan idi. O, 1989-1993 cü illərdə ABŞ ın 41 ci Prezidenti olmuşdur. 2001 ci ildə Respublika partiyasından olan oğul Corc Buş (2001-2009) ABŞ nın 43 cü prezident kimi seçilir.

İki ölkə arasında ən böyük iqtisadi əngəl ABŞ Konqresinin 907-ci düzəlişi idi. (Section 907 of the Freedom Support Act) 1992-ci ildə qəbul olunan bu Akt əsasən Azərbaycana birbaşa ABŞ hökumət yardımını qadağan edirdi. Səbəb kimi Qarabağ münaqişəsi zamanı Azərbaycanın Ermənistan və Qarabağa “blokada” tətbiq etməsi göstərilirdi. Bu düzəlişin dayandırılması isə məhz 2001-ci ildə baş verib. Burada əsas rolu bir neçə faktor və Corc Buş oynayıb: 11 sentyabr 2001 hadisələri — ABŞ üçün terrorizmə qarşı mübarizə prioritet oldu və Mərkəzi Asiya–Qafqaz bölgəsində müttəfiqlərə ehtiyac yarandı. Azərbaycan isə ABŞ-ın Əfqanıstan əməliyyatlarında logistik dəstək göstərdi. Prezident Corc Buş (oğul Buş) — 2002-ci ilin yanvarında onun administrasiyası 907-ci düzəlişin icrasını “milli təhlükəsizlik səbəbləri” ilə dayandırmaq səlahiyyətindən istifadə etdi. Bu səlahiyyət Konqres tərəfindən 2001-ci ilin noyabrında verilmişdi. Heydər Əliyev və Azərbaycan rəhbərliyinin diplomatik fəaliyyəti 1990-cı illərin sonundan başlayaraq ABŞ-la təhlükəsizlik və enerji əməkdaşlığını dərinləşdirmiş, 907-ci düzəlişin ləğvi üçün davamlı lobbi işi aparmışdı. Nəticədə, düzəliş tam ləğv edilməsə də, 2002-ci ildən bəri hər il prezidentin qərarı ilə dayandırılır və ABŞ hökuməti Azərbaycana yardım göstərə bilir.

Respublıkaçılar və Azərbaycan dövləti ilə siyasi və iqtisadi əlaqələrin üçüncü fazası yenidən Respublikaçılardan olan 45 ci ABŞ prezidenti Donald Trump olduğu (2017–2021) dövrdə ABŞ Azərbaycan münasibətləri əsasən, Enerji təhlükəsizliyi (Cənub Qaz Dəhlizi layihəsi), Əfqanıstanda NATO əməliyyatlarında Azərbaycanın rolu, Terrorizmə qarşı əməkdaşlıq istiqamətlərində davam edirdi. 47 ci ABŞ prezidenti Donald Trump 2-ci dəfə seçildikdən sonra (20 yanvar 2025- ) Azərbaycanla daha səmimi münasibatlər qurmağa başlamışdır. Azərbaycan üçün bu günlərdə əsas prioritet məsələlər Ermənistanla sülh məsələsinin müzakirəsi və Zəngəzur dəhlizidir. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev 7 avqust 2025-ci il tarixində ABŞ Prezidenti Donald Trump tərəfindən rəsmi işgüzar səfərə dəvət alaraq Vaşinqtona gəlmişdir. Cənab Prezitentimizin ABŞ prezidenti Tramp tərəfindən səmimi qarşılanması və bir cox önəmli müqavilələrin bağlanması dünya mediyasında və siyasi aləmdə böyük səs- səda doğurdu. 8 avqust 2025-ci il tarixində Ağ Evdə Donald Trump Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanla birgə dəqiq və simvolik görüş keçirtdi. Bu görüşdə qətnamə imzalanaraq, bölgədə uzun müddətli sülhü təmin edəcək razılaşma əldə olundu.

Rəsmi sənəddə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunacağı, ərazi bütövlüyünün tanınması, zorakılıqdan imtina, eləcə də “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlı nəqliyyat dəhlizinin yaradılması nəzərdə tutulmuşdur. ABŞ bu dəhlizin inkişafı üçün eksklüziv hüquqlara malik olacaq — məsələ “Zəngəzur koridoru” çərçivəsindədir. Həmçinin, ABŞ və Azərbaycan arasında “Strateji Əməkdaşlıq Xartiyası”nı hazırlamaq məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair Anlayış Memorandumu imzalanıb. Beləliklə, həmin görüş və sülh sammiti nəticəsində yalnız Azərbaycan ilə Ermənistan arasında deyil, həm də Birləşmiş Ştatlarla Azərbaycanın münasibətləri yeni səviyyəyə yüksəldi. Azərbaycan xalqı olaraq ümid edirik ki, Azərbaycan dövləti və ABŞ dövləti arasında isti münasibətlər siyasi və iqtisadi müstavidə hər zaman inkşaf edəcək, həm Respublikaçılardan, həm də Demokratlardan olan gələcək ABŞ prezidentəri bu tendensiyanı davam etdirəcək, Dövlətimizin regionda və dünyada özünə məxsus nüfuzu daha da yüksələcəkdir.

Mustafa Məmmədzadə,
Xəzər rayonun gənc fəalı Azərbaycan Universitetinin Politologiya fakultəsinin tələbəsi.

Oxşar Xəbərlər

Back to top button