Gündəm
ABŞ Ukraynanın energetika sahəsinə yeni yardım paketini bu gün açıqlayacaq
ABŞ-ın dövlət katibi Entoni Blinken noyabrın 29-da Ukraynanın energetika sahəsinə yeni yardım paketini açıqlayacaq.
Reportyorinfo.az “Report”a istinadən xəbər verir ki, məlumatı “Reuters” yayıb.
ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi bildirib ki, yardım Ukraynanın elektrik şəbəkəsinə Rusiyanın hücumları fonunda elektrik enerjisinin ötürülmə qabiliyyətinin bərpasına sərf olunacaq.