AnalitikaGündəmSiyasət

Amnistiyanın elan edilməsi təşəbbüsü müvafiq qanunvericilik prosedurlarına uyğun şəkildə həyata keçirilir və hüquqi dəqiqlik, şəffaflıq prinsipləri əsas götürülür

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətinin humanist dəyərlərə, hüquqi dövlət prinsiplərinə və ictimai həmrəyliyin möhkəmləndirilməsinə sadiqliyinin bariz nümunəsidir.

Müstəqil Azərbaycanın dövlətçilik tarixində amnistiya aktları mühüm ictimai-siyasi hadisə kimi çıxış etmiş, cəmiyyətin sağlamlaşdırılmasına, sosial ədalətin və insan hüquqlarının təmininə xidmət etmişdir. Prezident İlham Əliyevin irəli sürdüyü bu təşəbbüs Konstitusiyanın aliliyinə, qanunun üstünlüyünə və insan amilinə verilən yüksək dəyərin davamı kimi qiymətləndirilir. Amnistiya, hüquqi mexanizm olmaqla yanaşı, cəmiyyətə inteqrasiya, islah və yenidənqurma məqsədlərinə yönəlmiş sosial-humanitar addımdır.

“Konstitusiya və Suverenlik İli” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, ərazi bütövlüyü və suveren hüquqlarının tam bərpası fonunda hüquqi-siyasi inkişafın yeni mərhələsini simvolizə edir. Bu kontekstdə amnistiya təşəbbüsü hüquqi dövlət quruculuğunun dərinləşdirilməsinə, cəmiyyətin hüquqa inamının gücləndirilməsinə və sosial ədalətin təşviqinə xidmət edən əhəmiyyətli addımdır.

Amnistiya aktları, xüsusilə az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin cəmiyyətə reinteqrasiyasını sürətləndirir, ailə institutunun möhkəmlənməsinə və sosial gərginliyin azalmasına müsbət təsir göstərir. Prezident İlham Əliyevin təşəbbüsü bu baxımdan humanizm, mərhəmət və dövlət-vətəndaş münasibətlərində etimadın artırılması xəttini davam etdirir.

Amnistiyanın elan edilməsi təşəbbüsü müvafiq qanunvericilik prosedurlarına uyğun şəkildə həyata keçirilir və hüquqi dəqiqlik, şəffaflıq prinsipləri əsas götürülür. Bu, həm hüquq-mühafizə sisteminin təkmilləşdirilməsi, həm də cəza siyasətinin balanslaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü müasir Azərbaycan dövlətinin gücünü yalnız hərbi-siyasi nailiyyətlərdə deyil, eyni zamanda humanizm, hüquq və ədalət prinsiplərinə sədaqətində nümayiş etdirir. Bu təşəbbüs cəmiyyətin birliyini möhkəmləndirən, hüquqi dövlət quruculuğunu daha da irəli aparan və sosial rifahı təşviq edən strateji əhəmiyyətli addım kimi dəyərləndirilir.

Əlizadə Günel,
Yeni Azərbaycan partiyası,məsləhətçi                                       

Oxşar Xəbərlər

Back to top button