
Ana dili hər bir xalqın milli kimliyinin təməl daşı, onunvarlığının və mənəvi zənginliyinin əsas ifadə formasıdır. Tarixboyu bir çox xalqlar məhz dil sayəsində öz mədəniyyətini, adət-ənənələrini və milli dəyərlərini nəsildən-nəslə ötürə bilmişdir. Azərbaycan xalqı üçün də ana dili yalnız ünsiyyət vasitəsi deyil, milli özünüdərkin, dövlət müstəqilliyinin və milli birliyinsimvoludur. Bu baxımdan, Azərbaycan dilinin qorunması vəinkişafı ölkə siyasətində daim prioritet olmuşdur.
Milli kimlik, xalqın özünəməxsusluğunu formalaşdıran başlıcaünsürdür və bu kimliyin ən parlaq ifadə vasitəsi dildir. Azərbaycan dili əsrlər boyu xalqımızın düşüncə tərzini, dünyagörüşünü, mənəvi dəyərlərini ifadə etmişdir. Dilimizinzənginliyi, poetikliyi və tarixi dərinliyi onu yalnız bir ünsiyyətvasitəsi yox, həm də milli qürur mənbəyinə çevirmişdir.
Ulu Öndər Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, dilinisevən xalq heç vaxt məhv olmaz. Bu fikir bir daha göstərir ki, dilin qorunması yalnız mədəni və elmi məsələ deyil, həm dəmilli təhlükəsizlik, milli identiklik məsələsidir.
Ulu Öndər Heydər Əliyevin dil siyasəti bu sahədə atılmışmühüm tarixi addımlarla yadda qalmışdır. O, 1969-cu ildərespublikaya rəhbər seçildikdən sonra milli-mənəvi dəyərlərinqorunması istiqamətində ardıcıl işlər görməyə başladı. BDU-nun50 illiyində Azərbaycan dilində etdiyi cəsarətli çıxış sovetsenzurasına qarşı atılmış simvolik bir addım idi. Bu nitq, milliruhun oyadılması, dilə hörmətin artırılması üçün dönüm nöqtəsioldu.
1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR KonstitusiyasınaAzərbaycan dilinin dövlət dili olması ilə bağlı maddənin daxiledilməsi Heydər Əliyevin qətiyyətli mövqeyinin nəticəsi idi. O, dilimizin yalnız danışıq səviyyəsində deyil, hüquqi və rəsmistatusda da möhkəmlənməsinə nail oldu.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasındansonra ana dilimizin inkişafı yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət dilikimi təsbit olundu. Bu sənədin qəbulu ilə dilimizin rəsmi statusubir daha hüquqi müstəvidə möhkəmləndirildi.
Prezident İlham Əliyev də ana dilimizin qorunması və təbliğiişində Ulu Öndərin siyasi xəttini davam etdirərək çoxsaylısərəncam və fərmanlar imzalamışdır. Xüsusilə, 2001-ci ildənetibarən 1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan DiliGünü kimi qeyd olunması ana dilimizə verilən dəyərin bariznümunəsidir.
Qloballaşma dövründə bir çox kiçik xalqların dilləriassimilyasiya təhlükəsi ilə üzləşir. Bu proses Azərbaycan diliüçün də müəyyən risklər yaradır. Lakin dövlətin apardığıməqsədyönlü dil siyasəti sayəsində bu təhlükələrin qarşısıvaxtında alınır. 2013-cü ildə təsdiqlənən “Azərbaycan dilininqloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi vəölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” bu sahədəhəyata keçirilən ən vacib sənədlərdən biridir.
Dilin yalnız qorunması deyil, həm də zənginləşdirilməsi vəmüasir texnologiyalara inteqrasiyası əsas hədəfdir. 2018-ci ildəPrezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilininelektron məkanda geniş istifadəsinin təmin edilməsi haqqında” sərəncam bu istiqamətdə atılmış önəmli addımdır.
Dilin qorunmasında yalnız dövlət orqanlarının deyil, hər birvətəndaşın üzərinə məsuliyyət düşür. Gündəlik həyatda dilindüzgün işlədilməsi, təhrif olunmaması, xüsusilə gənc nəslin anadilinə sevgi ilə yetişdirilməsi olduqca vacibdir. Məktəblərdə, universitetlərdə, mediada və ailədə ana dilinə qayğı və hörmətgöstərilməsi onun gələcək nəsillərə sağlam şəkildə ötürülməsinitəmin edəcəkdir.
Ana dilimiz – Azərbaycan dili, sadəcə ünsiyyət vasitəsi deyil, milli ruhumuzun, kimliyimizin, tariximizin və gələcəyimizindaşıyıcısıdır. Onun qorunması və inkişafı həm dövlət, həm dəcəmiyyət üçün strateji əhəmiyyət kəsb edir. Ulu Öndər HeydərƏliyevin və Prezident İlham Əliyevin dil siyasəti bu müqəddəsdəyərin qorunması üçün möhkəm zəmin yaratmışdır. Busiyasətin davamlı olaraq həyata keçirilməsi, vətəndaşların da buprosesə fəal şəkildə qoşulması milli varlığımızın təminatıdır.
Aida Əliyeva,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi



