Analitika

Antiterror tədbirləri zamanı bizim hərbçilər böyük şücaət göstərdilər

“19 sentyabr” Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan ordusu Prezident İlham Əliyevin komandanlığı altında bizə qarşı edilən təxribatlara cavab verdi . Cəmi 23 saat 46 dəqiqəyə ordumuz düşməni diz üstə çökdürdü. Bir gün ərzində vandallara dəstək olan havadarlar Azərbaycanın haqlı mübarizəsinə qarşı çıxmaq istədi . Amma dəmir yumruğun gücü , onun qüdrəti tək vandal xunta rejimini deyil, dəstəkçiləri də susdurdu . Antiterror tədbirlər nəticəsində bizim hərbçilər böyük şücaət göstərdilər. Ağır relyef şəraitində düşmənin qurduğu istehkamlar sıradan çıxarıldı. Bu da bir daha Azərbaycan ordusunun gücünü göstərdi.

Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki , Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika,Radioelektron mübarizə vasitələri , İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. Prezident İlham Əliyev çıxışında bildirdi ki , mən ABŞ dövlət katibinə söylədim ki , antiterror tədbirləri ancaq Ermənistan ordusunun bizim ərazilərimizdə qanunsuz silahlı birləşmələri silahları yerə qoymalı ,tərk-silah olunmalı , ərazimizdən tamamilə çıxarılsa dayanacaq. Tarix bir daha sübut etdi ki , Azərbaycan müstəqil torpaqlarında istədiyi əməliyyatı edə bilər . Və heç kəs bizim daxili işimizə qarışa bilməz.

Bununla da artıq regionda yeni vəziyyət yaranır. Prezident İlham Əliyevin dediyi kimi kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır. Fikrimizcə, Qarabağda yaşayan erməni vətəndaşlar bizim tələblərə əməl etsə onların gələcəyi əmin əllərdə olacaq. Çünki heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq . Dövlət başçısı çıxışında hətta vurğuladı ki, biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq. Amma düşmən 30 il ərzində heç bunun bir faizini belə etməyib. Eyni şəraiti biz Xankəndidə , Xocavənddə, Ağdərədə , kəndlərdə yaradacağıq. Əsgəranda yaradacığıq. Bu bizim əlimizdədir.
Əgər ki yenidən düşmən baş qaldırmağa çalışsa ,sözsüz, onlara yaxşı olmayacaq. Dəmir yumruğun gücü, Azərbaycan ordusunun şücaəti onları tarixdən belə silə bilər. Düşünürəm ki, qoyulan tələblərə əməl olunsa regionda əmin-amanlıq yaranar. Və tək Ermənistan deyil , dünya ölkələridə bu həqiqətə inanmalıdır ki , Qarabağ əzəli Azərbaycan torpağıdır.

Ələkbər Saleh,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button