AnalitikaGündəmSiyasət

“Avropa Siyasi Birliyi” nin 8-ci Zirvə toplantısı

Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərindəAvropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısıkeçirilib. Tarixi əhəmiyyət daşıyan bu tədbirdəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevvideobağlantı formatında çıxış edərək regionda sülhprosesi, əldə olunan nailiyyətlər bəzi Avropaqurumlarının ikili standartları barədə vacib mesajlarverib. Zirvədə həmçinin Ermənistanın Baş naziri NikolPaşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski Kanada Baş naziri Mark Karni çıxış ediblər.

Prezident İlham Əliyev çıxışında bir il öncə TiranadaZirvə görüşünün 2026-cı ilin mayında Ermənistandatəşkil olunması ideyasını dəstəklədiyini, lakin tarazlıyanaşmanın saxlanılması üçün növbəti ZirvəninAzərbaycanda keçirilməsini təklif etdiyini bildirib. Bu təklif qəbul olunub dövlət başçısıAvropa SiyasiBirliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanadəvət edib.

Diqqətçəkən məqam odur ki, Ermənistan bunamizədliyi dəstəkləyib. Prezident İlham Əliyev bunuAzərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisiadlandırıb. O qeyd edib ki, iki ölkə cəmi doqquz aydır sülh şəraitində yaşayır sülhdə yaşamağı öyrənir. Ermənistanın Baş naziriNikol Paşinyan da öz çıxışında bu dəstəyitəsdiqləyərək, ilk dəfədir ki, Azərbaycan Prezidentininonlayn formatda olsa da Ermənistanda keçiriləntədbirdə iştirak etdiyini vurğulayıb 2028-ci ildəAzərbaycana səfər etməyə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev sülh qurulduqdan sonra atılmışkonkret addımları da açıqlayıb. Xatırladaq ki, ötən ilinavqustunda Vaşinqtonda Evdə Ermənistan Azərbaycan liderləri Birgə Bəyannamə imzalayıblar, həmçinin xarici işlər nazirləri sülh sazişinin mətniniparaflayıblar.

Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütüntranzit məhdudiyyətlərini birtərəfli qaydada aradanqaldırıb. Nəticədə, bu günə qədər ErmənistanaAzərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Bundan əlavə, Azərbaycan ilk dəfə olaraq öz neftməhsullarınıbenzin dizeli Ermənistana təchizetməyə başlayıb. İndiyədək 12 min ton neft məhsullarıErmənistana ixrac edilib. Beləliklə, iki ölkə arasındaticarət münasibətləri başlayıb.

Sülh sahəsində digər nailiyyət isəTrampınBeynəlxalq Sülh Rifah Marşrutulayihəsidir. Bu marşrut Azərbaycanı Naxçıvanla birləşdirəcək eynizamanda Orta Dəhlizin bir hissəsinə çevriləcək. Prezident vurğulayıb ki, həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər.

Prezident İlham Əliyev Avropa Komissiyasının sülhprosesində tutduğu mövqeyə görə təşəkkürünü bildirsə, təəssüflər olsun ki, Avropa Parlamenti AvropaŞurası Parlament Assambleyası (AŞPA) sülhprosesində konstruktiv mövqe sərgiləmir ikilistandartlar nümayiş etdirirlər.

Dövlət başçısı xatırladıb ki, Azərbaycan 2001-ci ildənAvropa Şurasının üzvüdür, lakin 2023-cü ilinsentyabrında Qarabağda separatçılığa son qoyulduqdancəmi dörd ay sonra AŞPA Azərbaycan nümayəndəheyətinə sanksiyalar tətbiq edib. “Azərbaycanın ərazibütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədəreyni dəyərə malikdir. Bu məsələdə ikili standartlarqəbuledilməzdir,” – deyə Prezident vurğulayıb.

Avropa Parlamentinə gəlincə, Prezident İlham Əliyevbildirib ki, bu qurum sülh prosesinə dəstək verməkəvəzinə ona qarşı sabotajla məşğul olur. 2021-ci ilinmayından 2026-cı ilin aprelin 30-dək AvropaParlamenti Azərbaycanla bağlı 14 qətnamə qəbul edib. Ən sonuncu qətnamə bilərəkdən Zirvə görüşüərəfəsində, cəmi dörd gün əvvəl qəbul edilib.

Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanlarınməsələsi kimi fundamental problemləri həll etməkəvəzinə, böhtan yalan yayaraq Azərbaycanı hədəfəalır” – deyə dövlət başçısı vurğulayıb. Səbəb isəAzərbaycanın öz ərazi bütövlüyünü suverenliyinibərpa etməsi, separatçılığa son qoyması müharibəcinayətkarlarını ədalət mühakiməsinə cəlb etməsidir.

Cavab olaraq, Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığıdayandırmaq Avronest Parlament Assambleyasındaüzvlüyün dayandırılması ilə bağlı rəsmi qərar qəbuledib.

Çıxışının yekununda Prezident İlham Əliyev Baş nazir Paşinyanı Zirvə görüşünün Ermənistanda keçirilməsimünasibətilə təbrik edib vurğulayıb: “Prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir.”

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta buZirvəniAvropada bir sülh hekayəsiadlandıraraq, eskalasiya müharibənin hökmranlıq etdiyi birdünyada bu razılaşmanın alqışlanmalı olduğunubildirib. Ukrayna Prezidenti Volodimir Zelenski isəErmənistana Azərbaycana dayanıqlı, hərtərəfli uzunmüddətli sülh arzuladığını xüsusi vurğulayıb. Kanada Baş naziri Mark Karni iki ölkə arasında əldəolunan tərəqqiyə görə təbriklərə qoşulub.

Güləhməd İmanov ,
Filologiya üzrə elmlər doktoru, BDU-nun bmüəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button