Azərbaycan–Tacikistan münasibətləri
Prezident İlham Əliyevin Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışının əsas istiqamətləri:
2025-ci il oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxış etmişdir. Prezident çıxışında dostluq, əməkdaşlıq və mədəni inteqrasiyanın inkişafı məsələlərinə toxunmuşdur.
Tacikistanın inkişafı və dostluq münasibətləri bizi ürəkdən sevindirir. Prezident İlham Əliyev Tacikistan xalqını əldə etdiyi uğurlara görə təbrik etmiş, Düşənbənin son illərdə sürətlə inkişaf etdiyini, şəhərsalma sahəsində böyük nailiyyətlərə imza atıldığını vurğulamışdır. O, iki ölkə arasındakı əlaqələrin dostluq, qardaşlıq və qarşılıqlı dəstək prinsiplərinə əsaslandığını qeyd etmişdir.
Prezident çıxışında Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişaf etdiyini bildirmişdir. Bu əlaqələr qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq çərçivəsində genişlənir. Prezident İlham Əliyev Azərbaycanın Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsinə dəstək göstərdiklərinə görə təşkilata üzv dövlət başçılarına minnətdarlığını ifadə etmişdir. Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsinin bizimçün əhəmiyyəti görüş zamanı qonaqların diqqətinə çatdırılmışdır. O, Laçının işğaldan azad olunduqdan sonra qısa müddətdə bərpa olunmasını Azərbaycanın gücünün və iradəsinin göstəricisi kimi dəyərləndirmişdir.
Prezident çıxışında 2025-ci ilin sentyabr-oktyabr aylarında Gəncə şəhərində və Azərbaycanın digər altı şəhərində keçirilən III MDB Oyunlarının dostluq, əməkdaşlıq və birliyin möhkəmləndirilməsi baxımından mühüm hadisə olduğunu vurğulamışdır. Bu oyunlarda 13 ölkədən 1600-dən çox idmançının iştirak etməsi MDB məkanında qarşılıqlı əlaqələrin inkişafına xidmət etmişdir. Ölkə başçımızın Düşənbədəki çıxışı MDB məkanında dövlətlərarası münasibətlərin inkişafına, mədəni və humanitar əməkdaşlığın dərinləşməsinə mühüm töhfə vermişdir. Çıxışda dostluq, həmrəylik və qarşılıqlı hörmət prinsipləri əsas istiqamət kimi qeyd olunmuşdur.