AnalitikaGündəmSiyasət

Azərbaycan-Almaniya əlaqələri, yaşıl enerji və texnologiya sahələrində yeni mərhələyə qədəm qoyur

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin bu səfərlə bağlı verdiyi bəyanatda vurğuladığı kimi, Azərbaycan və Almaniya arasındakı əməkdaşlıq təkcə iqtisadi və siyasi sahələrlə məhdudlaşmır, həm də enerji təhlükəsizliyi, yaşıl enerji və beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət kimi strateji istiqamətləri əhatə edir.

Bu səfər zamanı tərəflər enerji və ticarət əlaqələrinin genişləndirilməsi, Azərbaycan-Almaniya investisiya əməkdaşlığının gücləndirilməsi və COP29 çərçivəsində iqlim məsələlərində əməkdaşlıq kimi mühüm mövzulara toxundular. Xüsusilə, Azərbaycanın yaşıl enerji potensialının genişləndirilməsi və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Almaniya üçün xüsusi maraq kəsb edir.

Bundan əlavə, görüşdə regional təhlükəsizlik, post-münaqişə dövründə Azərbaycanın quruculuq və bərpa siyasəti, eləcə də Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi məsələləri də diqqət mərkəzində oldu. Prezidentlərin görüşü Azərbaycan-Almaniya münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyini və bu əməkdaşlığın hər iki tərəf üçün yeni imkanlar açacağını sübut edir.

Turan Zeynalzadə,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button