
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-yə səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibəsində Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb.
Reportyorinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, dövlət başçısı qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür.
“Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”, – deyə Prezident İlham Əliyev əlavə edib.