AnalitikaGündəmSiyasət

Azərbaycan bayrağının yaranması və dövlətçilik rəmzi kimi rolu

Azərbaycan bayrağı xalqımızın azadlıq və müstəqillik simvoludur. Üçrəngli dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmişdir. Bayrağımız milli dövlətçilik tariximizin ən müqəddəs rəmzlərindən biridir.

Bayraqdakı mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng isə islam mədəniyyətini ifadə edir. Bu rənglər xalqımızın milli və mənəvi dəyərlərini özündə birləşdirir. Ay və səkkizguşəli ulduz isə Azərbaycan xalqının birlik və inkişafını simvolizə edir.

1920-ci ildə Cümhuriyyət süqut etdikdən sonra üçrəngli bayraq endirildi. Lakin xalqımızın qəlbində bu bayraq müstəqillik arzusu kimi yaşamaqda davam etdi. Bayrağımız azadlıq mübarizəsinin rəmzinə çevrildi.

1990-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda üçrəngli bayraq yenidən rəsmi dövlət bayrağı kimi qaldırıldı. Bu addım Azərbaycanın müstəqilliyə gedən yolunda mühüm hadisə oldu. Xalqımızın milli ruhu daha da gücləndi.

Bu gün Azərbaycan bayrağı işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Bayrağımız şəhidlərimizin qəhrəmanlığı və xalqımızın birliyinin rəmzidir. Hər bir azərbaycanlı üçün müqəddəs dəyər hesab olunur.

Müstəqil Azərbaycanın üçrəngli bayrağı daim ucalarda dalğalanır. Bu bayraq xalqımızın keçmişini, bu gününü və gələcəyini özündə yaşadır.

Zərifə Məmmədzadə,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button